DİN: Cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb
 

Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Sfera.az-a  verilən məlumata görə, dekabr ayının 3-də törədilən 32 cinayətin üstü "isti izlər”lə açılıb. 

Əvvəlki dövrlərdən bağlı qalan 19 cinayətin açılması təmin olunub. 

Axtarışda olduğuna görə ümumilikdə 38 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 23 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

Avtomobil yollarında ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb. 

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 16 fakt müəyyən edilib. 

Cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb.


OXŞAR XƏBƏRLƏR