Daimi yuxusuzluq və yorğunluğun əsas səbəbi nədir?

Daimi yuxusuzluq və yorğunluğun əsas səbəbi nədir?
Bəzi insanlar gündəlik 7+ saat yuxu yatsalar da, yenə gün ərzində özlərini yorğun hiss edirlər. Elm adamlarının fikrincə, bunun bir çox səbəbləri var.

Ən əsas səbəblərdən biri oturaq həyat tərzi ola bilər. Gündəlik də olmasa, həftədə bir neçə dəfə yüngül idman eləmək insanı gümrah saxlamağa kifayət edir.

Gəzintiyə çıxmaq, çöldə aktiv vaxt keçirmək gecələr yaxşı yuxu gətirir. Müntəzəm idman edən insanlar çox yatmasalar belə, daha yaxşı yuxu yatırlar.

Yuxusuzluğa gətirib çıxaran əsas tələlərdən biri də bizim kafeinə hədsiz bağlılığımızdır.

Gecə yatmamışdan qabaq espresso içməyə bilərik, lakin gündəlik qəbul edilən kofein miqdarı yuxuya təsir edir.

Kafein gün ərzində beynimizdə toplanan nevrokeçirici, adenosinin qarşısını alır, bu da bizim gecələr ayıq qalmağımıza gətirib çıxarır.

Əgər sən yatağa getməzdən 6 saat əvvəl qəhvə içsən, bu sənin adenosin istehsalını qarışdıracaq və yuxuya getməyin çətinləşəcək.

Yuxusuzluq təbii ki, mənəvi faktorlar nəticəsində də ortaya çıxa bilər. Təşviş, depressiya yuxusuzluğu ortaya çıxaran əsas mental problemlərdir.

O cümlədən fiziki problemlər də yuxusuzluğa gətirib çıxarır, məsələn, qanda dəmir azlığı, qalxanvari vəzdəki və şəkər problemləri də yuxusuzluğa səbəb olur. Buna görə də həkimlə məsləhətləşmək yaxşı fikirdir.

Siyahıdan göründüyü kimi yuxusuzluğa bir çox faktorlar səbəb olur. Elm adamları yaxşı yuxu üçün müntəzəm idman etməyin, mənəvi və fiziki problemlərin həll edilməsinin vacibliyini vurğulayırlar.

OXŞAR XƏBƏRLƏR