Cəmİyyət

Daha bir qurumun işçilərinin maaşları artırıldı

Daha bir qurumun işçilərinin maaşları artırıldı
Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin işçilərinin əməkhaqlarına müddətli əlavənin məbləği müəyyən edilib.

Sfera.az "Report" xəbər verir ki, bu, Nazirlər Kabinetinin yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə qərarında öz əksini tapıb.


Qərara əsasən, Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin işçilərinə aylıq vəzifə (tarif) maaşının 4 misli məbləğində müddətli əlavə müəyyən olunub.


Qərarın 1-ci hissəsində göstərilən müddətli əlavə iş vaxtına mütənasib olaraq 2020-ci il martın 1-dən iyunun 1-dək olan müddət üçün ödənilir.




 

XƏBƏR LENTİ

«    Mart 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031