Cəmİyyət

Daha bir qurum sürüşmə haqda açıqlama yaydı

Daha bir qurum sürüşmə haqda açıqlama yaydı
Bakı şəhərinin Səbail rayonunda, Badamdar-20-ci sahəni birləşdirən yolda (Bayıl şossesi) yaranmış sürüşmə təhlükəsi ilə bağlı AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşları bu gün ərazidə tədqiqatlara başlayıblar. 

AMEA nəzdində RSXM-nin İnformasiya şöbəsindən daxil olan xəbərdə bildirilir ki, aparılacaq kompleks tədqiqatlar zamanı sürüşmənin inkişaf dinamikası, sürüşmənin istiqaməti, sürüşməyə məruz qalan ərazinin ölçüləri, sürüşmə müstəvisi, onun dərinliyi, yatım bucağı və digər problemlər araşdırılacaq.
             
Xatırladaq ki, bu ilin əvvəlində Bayıl yamacında baş verən sürüşmə ilə bağlı Respublika Seysmoloji Xidmət Mərkəzi tərəfindən bir neçə ay müddətində kompleks tədqiqatlar aparılmış və həmin araşdırmaların nəticəsi Nazirlər Kabinetinə təqdim edilmişdi. 
 
AdRiver

XƏBƏR LENTİ

«    Fevral 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123
45678910
11121314151617
18192021222324
25262728