Daha 69 sahibkara maddi yardım ödənildi

Daha 69 sahibkara maddi yardım ödənildi
Bakının Nizami rayonunda yerləşən ticarət mərkəzində baş vermiş yanğında zərər çəkmış sahibkarlardan sənədlərin qəbulu və maddi yardımın ödənilməsi prosesi davam edir.

İqtisadiyyat Nazirliyindən Sfera.az-a verilən məlumata görə, bu gün daha 69 zərər çəkmiş sahibkarın bank hesabına 218 min manat məbləğində maddi yardım ödənilib. Beləliklə, indiyədək İşçi Qrupu tərəfindən maddi yardımın ödənilməsi qərara alınmış 228 zərər çəkmiş sahibkarın bank hesabına 1 mln. 360 min manat məbləğində maddi yardım köçürülüb. Maddi yardımın ödənilməsi "Kapital Bank” və "TuranBank” vasitəsilə həyata keçirilir. Vəsaitlər sahibkarlara bank kartları vasitəsilə nağdsız şəkildə verilir və banklar tərəfindən maddi yardımdan xidmət haqqı tutulmur.

Bununla yanaşı, sahibkarların Bakının Nizami rayonunda yerləşən yanğın baş vermiş ticarət mərkəzindən mallarının çıxarılması prosesi də davam etdirilir. İndiyədək 200 sahibkar mallarını ticarət mərkəzindən çıxarıb.

İqtisadiyyat, Maliyyə, Vergilər, Daxili İşlər, Fövqəladə Hallar nazirliklərinin, Baş Prokurorluğun, Dövlət Gömrük Komitəsinin və Nizami Rayon İcra Hakimiyyəti əməkdaşlarının və sahibkarların iştirakı ilə akt tərtib edilərək yanmamış mallar sahibkarlara təhvil verilir, yararsız vəziyyətə düşmüş mallar isə Suraxanı rayonunda xüsusi ayrılmış anbara göndərilir.

Sahibkarlar mallarının daşınması üçün nəqliyyatla təmin olunurlar.

OXŞAR XƏBƏRLƏR

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü başladı

Azərbaycan Prezidenti İlham Əliyevin Berlində Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb. Sfera.az xəbər verir ki, b...

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başladı

Berlində Azərbaycan Prezidenti İlham Əliyev və Almaniya Prezidenti Frank Valter-Ştaynmayer arasında təkbətək görüş başlayıb.   Sfera.az xəbər verir k...

Sərhəddə quraşdırılan dirəklərin yeni sayı AÇIQLANDI

şləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında nəzərdə tutulan işlərin təxminən 35 faizi 2024-cü il aprelin 26-dək yerinə yetirilib, 28 sərhəd dirəyi ...

Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şura İclası keçirildi - FOTOLAR

Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş tərkibdə iclası keçirilib. İclasda RİH başçısı yanında Şuranın üzvləri, hüquq-mühafızə orqanlarının...

Bakının bu rayonunda qaz kəsiləcək

Nəsimi rayonunun A.Bakıxanov küçəsi ilə A. Qurbanov küçəsinin kəsişməsində qaz xəttində aşkar olunmuş sızmanın ləğv edilməsi məqsədi ilə 26.04.2024-cü il saat 2...

"Liverpul" bu futbolçunu almaq istəyir - Məbləğ AÇIQLANDI

  "Liverpul" "Ayntraxt"ın müdafiəçisi Uilyam Paçonu almaq istəyir.   Sfera.az bildirir ki, alman klubu futbolçunun trans...