Ceyhundan şou əhlinə tərs şillə: “Bunların hamısı göydən düşmüş “mələkdir” - VİDEO

Ceyhundan şou əhlinə tərs şillə: “Bunların hamısı göydən düşmüş “mələkdir” - VİDEO
 

"Sevil və Sevinc bacıları məndən mahnı istədilər. Aramızda münaqişə oldu. Onlar məndən yaşca balacadırlar. Mənə dedilər ki, "Sən bizdən ağıllısan”. Öz-özümə söylədim ki, hələ ortada bir şey yoxdur. Bunlar səndən mahnı istəyir. Dilləri isə üstünə nə boydadır. İnsanın canı dilinin altındadır”.

Sfera.az xəbər verir ki, bu sözləri bəstəkar-müğənni keçmiş Qala qrupunun üzvü Ceyhun Əliyev "ATV Maqazin 10larla” proqramının "33 sual” rubrikasında deyib. İfaçı şou-biznesin əkiz bacıları Sevil və Sevinc Səfərovalar haqqında qalmaqallı açıqlamalar verərək, onları hörmətsizlikdə ittiham edib:

"Görürəm ki, Dj Roşka ilə "maşup” ərsəyə gətiriblər. "Maşup”da "Orasına-burasına” bəstəmi oxuyublar. Siz axı müğənnisiniz. İnsanlıq xətrinə zəng vurmalısınız mənə, deməlisiz ki, sənin mahnını oxuyuruq. Danışanda bunların hamısı göydən düşmə "mələkdir”. Bu şeylərdən sonra özümə söz verdim ki, onlara heç zaman mahnı yazmayacağam. Sevil Sevinc bacıları evimdə qonaq olub, çörək kəsmişik. Mahnımı oxuduqlarına görə, heç nə demədim”.

"Tünzalə Ağayeva artıq sizə salam verir?” sualı isə Ceyhunu özündən çıxardıb. Müğənni yumub gözünü, açıb ağzını:

"Özü bilər. İstəyir salam versin, istəyir verməsin. Kim nə edir, özünə edir. Mənə xoş olar ki, desinlər, Ceyhun yaxşı insandır, yekəxana deyil. Amma bir sənətçiyə bu sözlər ləzzət eləmirsə, istəyirsə, onun dalıycan danışsınlar. Bu artıq başqa söhbətdir”.

Damlanın qorxmadan, çəkinmədən söylədiyi "Azərbaycanda meqastar yoxdur” ifadəsinə etiraz səsini ucaldan C.Əliyev qarşı tərəfə məhkəmə qursa da, sonda ona vəkillik edib, bəzi "böyük” müğənniləri asıb-kəsib:

"Əgər mən Damlanın "Azərbaycanda meqastar yoxdur” deyiminə etiraz edirəmsə, bu o demək deyil ki, mən ona qarşı çıxıram. Damlanın xətrini çox istəyirəm. Ona hörmətim var. Mən ondan bu şeyləri gözləməzdim. Guya "Azərbaycanda meqastar yoxdur” deyəndə nə dəyişir ki? Hamı bir ağızdan Damlanı həm mahnılarına həm də ifa tərzinə görə, tənqid edib, bayağılıqda günahlandırdılar. Amma bütün bunlara rəğmən, onu böyüdüb, ulduz etdilər.

Damla evdə oturub, düşündü ki, haqqımda dediklərinə necə cavab verim. Elə şey deməliyəm ki, beş qatlarından keçsin. Necə oxuyursa, əlləri ilə də elə hərəkətlər etdi. Bu nə deməkdir? Yəni, böyük ulduzlar, siz yoxsunuz. Amma Damlanın sözlərində düzgünlük var. Bəzi böyük müğənnilərimiz var ki, onlar yeni başlayan ifaçıları alçaldırlar. Onlara yuxarıdan baxırlar. Bax, bu məqamlara görə Damlanı dəstəkləyib, alqışlayıram”.




OXŞAR XƏBƏRLƏR

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü başladı

Azərbaycan Prezidenti İlham Əliyevin Berlində Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb. Sfera.az xəbər verir ki, b...

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başladı

Berlində Azərbaycan Prezidenti İlham Əliyev və Almaniya Prezidenti Frank Valter-Ştaynmayer arasında təkbətək görüş başlayıb.   Sfera.az xəbər verir k...

Sərhəddə quraşdırılan dirəklərin yeni sayı AÇIQLANDI

şləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında nəzərdə tutulan işlərin təxminən 35 faizi 2024-cü il aprelin 26-dək yerinə yetirilib, 28 sərhəd dirəyi ...

Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şura İclası keçirildi - FOTOLAR

Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş tərkibdə iclası keçirilib. İclasda RİH başçısı yanında Şuranın üzvləri, hüquq-mühafızə orqanlarının...

Bakının bu rayonunda qaz kəsiləcək

Nəsimi rayonunun A.Bakıxanov küçəsi ilə A. Qurbanov küçəsinin kəsişməsində qaz xəttində aşkar olunmuş sızmanın ləğv edilməsi məqsədi ilə 26.04.2024-cü il saat 2...

"Liverpul" bu futbolçunu almaq istəyir - Məbləğ AÇIQLANDI

  "Liverpul" "Ayntraxt"ın müdafiəçisi Uilyam Paçonu almaq istəyir.   Sfera.az bildirir ki, alman klubu futbolçunun trans...