Böyük Britaniya meqa-məscidin tikilməsinə qadağa qoydu

Böyük Britaniya meqa-məscidin tikilməsinə qadağa qoydu

“Bina infrastrukturu pozacaq”.Böyük Britaniya hökuməti Şərqi Londonda inşa edilməsinə dair on ildən çoxdur ki, mübahisə gedən iri məscidin tikilməsini qadağan edib.  Bu barədə Evening Standard qəzeti yazıb.“Nazirlər bu gün Londonun Nyuem dairəsində məscidin inşasına dair apellyasiya şikayətini təmin etməyiblər”, - Britaniya hökumətinin nümayəndəsi bildirib.Məbədin ucaldılmasına etirazın səbəbini binanın rayon infrastrukturunu pozacağı və yeni yaşayış evlərinin tikilməsini mümkünsüz edəcəyi ilə izah ediblər.Abbey Mills Mosque məscidini Londonun Nyuem dairəsində Britaniya paytaxtının şərqində tikmək planlaşdırılırdı. “Tablighi Jamaat” müsəlman hərəkatı on ildir ki, onun tikilməsinə nail olmağa çalışır. 

KİV-də yeni memarlıq obyekti, yarım rəsmi olan meqa-məscid adını almışdı. Məscid eyni zamanda 11 mindən çox adamın namaz qılması üçün nəzərdə tutulmuşdu.2012-ci ildə rayon bələdiyyəsi layihənin həyata keçirilməsinə etiraz etdikdən sonra, hökumətə dəstək üçün müraciət edilib.

Oxu.Az


OXŞAR XƏBƏRLƏR

Azərbaycan cüdoçusu Avropa çempionu oldu

Azərbaycan cüdoçusu Hidayət Heydərov (73 kq) Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatının qalibi olub.   Sfera.az xəbər verir ki, ya...

Ərdoğanın ABŞ-a səfəri təxirə salındı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ-a səfəri təxirə salınıb.   Sfera.az xəbər verir ki, bu barədə "Blumberq" nəşri məlumat dərc e...

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü başladı

19:23   Azərbaycan Prezidenti İlham Əliyevin aprelin 26-da Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə g...

Tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşdü

Şəkidə tibb bacısı antibiotikdən şoka düşüb.   Sfera.az-ın məlumatına görə, bu gün axşam saat 17 radələrində rayonun Kiş kənd sakini 1975-ci il təvəl...

Qərəzli qətnamələrin yeganə səbəbi Qarabağı azad etməyimizdir

Prezident İlham Əliyev andiçmə mərasimindəki çıxışında indiki və gələcək nəsillərin heç vaxt unutmalı olmadığı həqiqəti hər birimizin diqqətinə çatdırdı: &...

Rusiya NATO ölkələrinə hücum edəcəkmi? - Şoyqu aydınlıq gətirdi

"Bizim NATO-ya üzv dövlətlərə hücum etmək üçün nə geosiyasi, nə də hərbi maraqlarımız var". Sfera.az xəbər verir ki, bu barədə Rusiya Federasiyas...