İqtİsadİyyat

Bundan sonra internetin qiyməti belə hesablanacaq

Bundan sonra internetin qiyməti belə hesablanacaq
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti internet xidmətinə görə aylıq ödəmələrin vaxt məhdudiyyətində dəyişiklik edib.

Sfera.az-a daxil olan məlumata görə, 2019-cu ilin may ayından etibarən "Aztelekom” MMC-nin internet xidməti üzrə ödənişlər "gündəlik hesablaşma” prinsipi ilə aparılacaq.

Belə ki, artıq ödəniş günü hər ayın 5-nə qədər deyil, sonuncu ödəniş edilən gündən sonrakı 30-cu təqvim günü gələn ay üçün ödəmənin son günü müəyyən ediləcək. Hazırda isə cari ay üçün ödəniş olunmadığı təqdirdə internet xidməti dayandırılacaq.

Əlavə məlumat üçün 170 qısa nömrəsinə müraciət edə bilərsiniz.

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi 

XƏBƏR LENTİ

«    Oktyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123456
78910111213
14151617181920
21222324252627
28293031