İqtİsadİyyat

Büdcə dəyişir: bu dövlət qurumuna 81 milyon manat ayrılacaq

Büdcə dəyişir: bu dövlət qurumuna 81 milyon manat ayrılacaq
2018-ci ilin dövlət büdcəsindən "Azerenerji” ASC-yə 81,4 mln. manat vəsait ödəniləcək. 

Sfera.az xəbər verir ki, bu, "2018-ci il dövlət büdcəsinə dəyişikliklər edilməsi haqqında" qanun layihəsində öz əksini tapıb. 

Layihəyə əsasən, "Səngəçal” modul tipli elektrik stansiyasının yaxınlığındakı sahədə tikintisi nəzərdə tutulan 385 kilovatlıq istilik elektrik stansiyası üçün avadanlıqların satınalınmasının həyata keçirilməsi və bununla bağlı texniki dəstəyin göstərilməsi ilə əlaqədar imzalanmış müqavilələr üzrə Finlandiyanın "Wartsila” şirkəti qarşısında yaranmış öhdəliyə görə qalıq borcun ödənilməsi ilə əlaqədar "Azerenerji” ASC-nin nizamnamə kapitalının artırılması üçün 81,4 mln. manat vəsait yönəldiləcək.
AdRiver
AdRiver

XƏBƏR LENTİ

«    Yanvar 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123456
78910111213
14151617181920
21222324252627
28293031