Bu ölkə adını dəyişdi: Prezident təsdiq edəcək

Bu ölkə adını dəyişdi: Prezident təsdiq edəcək
Bundan sonra Makedoniya dövləti  Şimali Makedoniya Respublikası adlanacaq.
 
Sfera.az xəbər verir ki, bu adın "Şimali Makedoniya" olaraq dəyişdirilməsini nəzərdə tutan konstitusiya dəyişiklikləri Makedoniya parlamentinin üçdə ikisi olan 81 deputatın səsi ilə qəbul olunub.
 
Konstitusion dəyişikliklər prezident Gyorge İvanovun təsdiqindən sonra qüvvəyə minəcək. NATO və Avropa İttifaqı (Aİ) Makedoniya parlamentinin ölkənin adını Şimali Makedoniya Respublikası kimi dəyişdirilməsini nəzərdə tutan konstitusiya dəyişikliyini təsdiq etməsinə dəstək verib. 


OXŞAR XƏBƏRLƏR