Bu fotolar Hadı Rəcəblinin deputatlıq sevdasının üstündən xətt çəkəcək - FOTOLAR

Bu fotolar Hadı Rəcəblinin deputatlıq sevdasının üstündən xətt çəkəcək - FOTOLAR

Deputat olduğu dövrdə açıqlamaları ilə bir çox qalamaqallara səbəb olan, nəinki ölkənin, hətta təmsil etdiyi Lənkəran rayonunun problemlərini bir dəfə də dilinə gətirməyən Hadı Rəcəbli yenidən deputatlıq eşqinə düşüb.


Namizədliyi 74 saylı Lənkəran kənd seçki dairəsindən irəli sürülən Hadı Rəcəblinin təbliğat-təşviqat kampaniyasının məhz bu səbəblərdən asan keçmədiyi bildirilir.


Sfera.az-a daxil olan məlumata görə, seçicilər tərəfindən heç bir dəstək görməyən Hadı Rəcəblinin tələb olunan səsi toplayacağı şübhəli görünür. Onun görüşlərinin olduqca sönük keçməsi də belə düşünmək üçün əsaslar yaradır. Bunun nəticəsidir ki, Hadı Rəcəbli təbliğat-təşviqat kampaniyası çərçivəsində keçirdiyi görüşlərdə insanların çox görünməsi üçün fotoşop proqramının köməyi ilə saxta fotolar paylaşmaq zorunda qalıb.


İndi təqdim edəcəyimiz fotolar da 9 fevral seçkisinin Hadı Rəcəbli üçün asan keçməyəcəyinin sözçüləri hesab oluna bilər. Xatırladaq ki, bu fotolarda Hadı Rəcəblinin doğulub boya-başa çatdığı Lənkəran rayonunun Viravul kəndinin yolları əks olunub. İllərdir, bu kəndin deputatı olmuş Hadı Rəcəblinin heç ağlından da keçməyib ki, bu yolların düzəlməsi üçün nələrsə edə bilər. Əlavə şərhə ehtiyac duymadan həmin fotoları diqqətinizə çatdırırıq. Qoy, Hadı Rəcəblini bu fotolar ifşa etsin…







OXŞAR XƏBƏRLƏR