Bu çörəklər yollara səpilən duzlardan, vaxtı keçmiş undan hazırlanır - Bakıda

Bu çörəklər yollara səpilən duzlardan, vaxtı keçmiş undan hazırlanır - Bakıda
"O çörəklər yollara səpilən duzlardan, vaxtı keçmiş undan hazırlanır".

Bunu Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov demək olar ki, addımbaşı qarşılaşdığımız təndirxanalarda bişirilən çörəklərlə bağlı açıqlamasında deyib. 

 
Eyyub Hüseynov Sfera.az-a bildirib ki, çörəklərdə kimyəvi maddələrdən də istifadə olunur: 

"Həmin çörəklər hazırlanan zaman, yollara səpilən duzlardan və ya dəri təmizlənən duzlardan, vaxtı keçmiş undan istifadə olunur. Daşınmada problemlər yaranır. Bizim təşkilat, tez xarab olan çörəklər üçün də narahatdı, gec xarab olan çörəklər üçün də. Çörəklərin saxlanma müddəti 72 saatdır. Tez xarab olan çörəklərin içərisində yapışqan maddə əmələ gəlir. Gec xarab olan çörəklər isə kimyəvi maddələrin istifadə olunduğu çörəklərdir".
 
O, yeni yaradılan Qida Təhlükəsizliyi Agentliyinin bu sahədəki problemləri aradan qaldıracağına inandığını deyib: 
 
"Bu sahədə bir qayda qanun yaratmaq lazımdır. İlk növbədə daşınmada olan problemlər aradan qaldırılmalıdır. Düşünürəm ki, Qida Təhlükəsizliyi Agentliyi bu məsələni həll edəcək. Çünki bu agentlik son dövrlərdə yaradılan ən önəmli qurumlardan biridir".
 

Nihat Hüseynzadə
 


OXŞAR XƏBƏRLƏR