Maraqlı

Bu adada 500 nəfər yaşayır - Futbol meydanının yarısı boydadır - FOTOLAR

Bu adada 500 nəfər yaşayır - Futbol meydanının yarısı boydadır - FOTOLAR
Mqinqo adası Afrikanın ən böyük gölü Viktoriyanın ortasında yerləşir.
 
Sfera.az xəbər verir ki, 2009-cu ildə adada 131 nəfər yaşayarkən, indi bu rəqəm 500-ə çatıb. Futbol meydanının yarısı boyda ərazidə insanların yaşayış arealı olduqca məhduddur. Adanın əhalisi taxta daxmalarda və metal örtüklə örtülmüş sığınacaqlarda yaşayırlar.
 
Rəsmi mənbələrə görə, Mqinqo adası Keniyaya məxsusdur. Ancaq bir müddət əvvəl Uqanda Mqinqo adasının öz ərazisinə daxil olduğunu iddia edib. Kvadrat metrə düşən insan sayına görə planetin ən sıx adası olaraq bilinən Mqinqo adasına son dəfə Keniya bayrağı asılıb.

Ada sakinlərinin əsas gəlir mənbəyi isə balıqçılıqdır.
 
Rəsul
Sfera.az


 
AdRiver

XƏBƏR LENTİ