Sİyasət

“Biz hər şeyə hazır olmalıyıq...” - Paşinyan QARABAĞDA

“Biz hər şeyə hazır olmalıyıq...” - Paşinyan QARABAĞDA
Ermənistan baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan Dağlıq Qarabağda qondarma rejimin rəhbəri Bako Saakyanla görüşü zamanı təmas xəttində atəşkəsin pozulması hallarının minimuma endiyini bildirib. Eyni zamanda əlavə edib ki, Düşənbədə əldə edilmiş razılaşmaya tam əməl edilmir.

"İstənilən halda biz hadisələrin istənilən inkişaf ssenarisinə hazır olmalıyıq”-Paşinyan belə deyib.

Ermənistan hökumətinin mətbuat xidməti bildirir ki, Paşinyan Saakyanla birlikdə əsgərlərlə də söhbətləşib, onları əmin etməyə çalışıb ki, orduda xidmət şəraiti xeyli yaxşılaşdırılacaq. Belə görünür ki, bu vədlər Qarabağdakı erməni işğalçı qüvvələrinin sıralarında son aylar dalbadal baş verən intiharlar, əsgərlərin döyülüb öldürülməsi kimi insidentlərlə bağlıdır.

"Biz yemək təminatı barədə məsələləri fəal müzakirə edirik. Ümid edirik ki, qurulan mexanizmlərin nə dərəcədə effektli olduğunu görə biləcəyik. Aydındır ki, indiki sistem heç kimi qane etmir-nə komandir heyətini, nə hərbçiləri, nə valideyinləri”-Paşinyan bildirib.

Ermənistan rəhbəri deyib ki, komandir heyətini məişət qayğılarının həllindən azad etmək lazımdır. "Bizim vəzifəmiz odur ki, hərbçilər ancaq hərbi işlərlə məşğul olsunlar, məişət işlərinə enerji sərf etməsinlər”-o deyib.

 
AdRiver

XƏBƏR LENTİ