Cəmİyyət

“Birləşməsək, hamımız yetişmiş armud olacağıq..."-Erməni bloger

“Birləşməsək, hamımız  yetişmiş armud olacağıq...
"Qarabağda ac uşaqlar var, hakimiyyət sahibləri isə  yüz min dollarlıq "cip”lərdə gəzir...” 


"Bir dəfə İlham Əliyev  öz açıqlamasında qeyd etdi ki, vaxt gələcək,  Dağlıq Qarabağ yetişmiş armud kimi özü əllərimizə düşəcək. Sadəcə, yetişənə qədər gözləmək lazımdır... Bu sözlərdə həqiqət var…»

Bunu Rusiya mediasındakı son yazısında Qarabağda yaşayan erməni blogerlərdən biri yazıb.

Erməni yazar daha sonra deyir: 

"...Əliyev haqlıdır, Dağlıq Qarabağı zor gücünə almaq mümkün deyil. Buna görə də, o, bizim daxili siyasi didişməmizin vətəndaş müharibəsinə çevrilməsini gözləyir. Bir-birimizi öldürməyə başladıqda - biz xarici düşmən qarşısında müdafiəsiz qalacağıq, onda  dağlar da bizi xilas edə bilməyəcək. Bizim tariximizdə bu, dəfələrlə belə olub...” 

Bloger son hakimiyyət dəyişikliyi zamanı Ermənistanın vətəndaş müharibəsindən yan keçdiyini vurğulasa da,  Azərbaycanın işğal altındakı torpaqlarında qondarılmış separatçı rejimin 2020-ci ildə nəzərdə tutduğu qanunsuz "prezident” "seçki”ləri ərəfəsində  Dağlıq Qarabağın aparıcı erməni güclər arasında silahlı qarşıdurmaya  hamilə olduğunu ifadə edib:  

"Azərbaycanın Ermənistanda bir qardaş qırğını başlayacağına ümidi boşa çıxdı. Xalq hakimiyyət çevrilişini qurban vermədən həyata keçirdi. İndi isə Əliyevin ümidi Dağlıq Qarabağdakı "prezident” seçkilərinin erməni cəmiyyətini parçalayacağınadır. Bu, gerçəkdən belədir.  Dünənki dostlar gələcəyi müxtəlif cür gördükləri və "prezident”liyə  fərqli namizədləri  olduğundan düşmən olurlar.  Utancvericidir ki, balaca Qarabağda ac uşaqlar, ümumiyyətlə,  ac insanlar var, hakimiyyət sahibləri isə  yüz minlərlə dollarlıq "cip”lərdə gəzir və milyonlarla dollarlıq villalar tikirlər. Nazir və deputatların maaşlarını iki il müddətinə verilən uşaqlar üçün dilənçi pensiya və müavinətlərlə müqayisə etmək ayıbdır. Heç bir güzəşti  olmayan veteranların gözlərinə baxmaqdan utanıram. Əgər kimsə unudubsa ki, villaya düşmüş mərmi onu bir daş yığınına çevirəcək, bilsin ki, müharibə heç kimə güzəştə getmir. Kimsə düşünürsə ki,  pullarını götürüb qaçacaq, onları xaricdə də tapacaqlar... 
Qoy, ermənilərin milyarder olandan sonra "Stepanakert”(Xankəndi-S.L.) və ya Dağlıq Qarabağ üçün, hətta 2016-cı ildə müharibə zamanı heç bir şey etmədiyi üçün günahlandırdıqları  Köçaryanı xatırlasınlar: indi həbsxanada çürüyür və özündən başqa hər kəsi ittiham edir... 

Qoy, yığışsınlar və müzakirə etsinlər, xalqı aldatmaq axmaqlıqdır. Əgər birləşməsək, biz hamımız İlham Əliyevin gözlədiyi həmin yetişmiş armud olacağıq..."-deyə erməni yazar etiraf edib.Moderator

XƏBƏR LENTİ

«    Oktyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123456
78910111213
14151617181920
21222324252627
28293031