Binali Yıldırım Naxçıvana səfər edib

Binali Yıldırım Naxçıvana səfər edib
 Türkiyənin baş naziri Binali Yıldırım Naxçıvana səfər edib.
 
Sfera.az APA-ya istinadən verdiyi xəbərə görə, Naxçıvan Beynəlxalq Hava Limanında Türkiyənin baş nazirini Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov qarşılayıb.
 
Binali Yıldırım Heydər Əliyevin abidəsinə çələng qoyub. Bu gün Türkiyə baş nazirinin şərəfinə şam yeməyi veriləcək. Bu, son doqquz il ərzində Türkiyədən Naxçıvana baş nazir səviyyəsində ilk səfərdir.

OXŞAR XƏBƏRLƏR