Beşdən çox uşağı olan qadınlara verilən müavinət gələn aydan artır

Beşdən çox uşağı olan qadınlara verilən müavinət gələn aydan artır
 

Beşdən çox uşağı olan qadınların hər bir uşağına görə aylıq sosial müavinətinin məbləği aprelin 1-dən 55 manata çatdırılacaq.


 

Sfera.az xəbər verir ki, dövlət başçısının 25 fevral 2019-cu il tarixli sərəncamı digər müavinət növləri kimi, beşdən çox uşağı olan qadınların 18 yaşına çatmamış hər bir uşağına görə aylıq sosial müavinətin də əhəmiyyətli dərəcədə artmasına imkan verib.


 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaydığı məlumata görə, misal üçün, ailədə altı uşaq varsa, həmin ailəyə qeyd olunan müavinət kimi aylıq 330 manat (hazırkı məbləğlə müqayisədə, 132 manat çox) vəsait ödəniləcək. Hazırda Azərbaycanda beşdən çox uşağı olan qadınların doqquz min nəfər uşağına bu müavinət verilir.


 

25 fevral 2019-cu il tarixli sərəncam müddətli həqiqi hərbi xidmət qulluqçularının 16 yaşa (ümumtəhsil məktəblərində əyani təhsil alanlar 18 yaşa) çatmamış uşaqlarının hər biri üçün ödənilən aylıq müavinətin də məbləğinin artmasını nəzərdə tutur.

 

Aprelin 1-dən həmin müavinət 68 manatdan 100 manata çatdırılacaq. Hazırda 120 nəfər uşağa bu müavinət növü ödənilir.


OXŞAR XƏBƏRLƏR

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başladı

Berlində Azərbaycan Prezidenti İlham Əliyev və Almaniya Prezidenti Frank Valter-Ştaynmayer arasında təkbətək görüş başlayıb.   Sfera.az xəbər verir k...

Sərhəddə quraşdırılan dirəklərin yeni sayı AÇIQLANDI

şləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında nəzərdə tutulan işlərin təxminən 35 faizi 2024-cü il aprelin 26-dək yerinə yetirilib, 28 sərhəd dirəyi ...

Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şura İclası keçirildi - FOTOLAR

Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş tərkibdə iclası keçirilib. İclasda RİH başçısı yanında Şuranın üzvləri, hüquq-mühafızə orqanlarının...

Bakının bu rayonunda qaz kəsiləcək

Nəsimi rayonunun A.Bakıxanov küçəsi ilə A. Qurbanov küçəsinin kəsişməsində qaz xəttində aşkar olunmuş sızmanın ləğv edilməsi məqsədi ilə 26.04.2024-cü il saat 2...

"Liverpul" bu futbolçunu almaq istəyir - Məbləğ AÇIQLANDI

  "Liverpul" "Ayntraxt"ın müdafiəçisi Uilyam Paçonu almaq istəyir.   Sfera.az bildirir ki, alman klubu futbolçunun trans...

Azərbaycanda hər 1000 yeni doğulan uşağa düşən ölüm sayı AÇIQLANDI 

1980-2021-ci illərdə Azərbaycanda hər 1000 yeni doğulan uşağa düşən ölüm sayı 109-dan 18-ə enib.   Sfera.az xəbər verir ki, bununla bağlı məlumatı Ba...