Belarusun yeni Müdafiə naziri təyin olunub

16:15 / 20.01.2020
5338
Belarus Prezidenti Aleksandr Lukaşenko Viktor Xrenini ölkənin Müdafiə naziri təyin edib.
Sfera.az xəbər verir ki, Belars Prezidenti Aleksandr Lukashenkonun sərəncamına əsasən, Belarusun Qərb Əməliyyat Komandanlığının keçmiş rəhbəri olan Viktor Xrenini müdafiə naziri təyin edib.
O, bu vəzifədə çalışan Andrey Ravkovu əvəzləyib.
Qeyd edək ki, bundan öncə A. Ravkov Təhlükəsizlik Şurasının katibi vəzivəsinə təyin olunub.