Bayram günlərində 12 nəfər içkidən zəhərlənib

Bayram günlərində 12 nəfər içkidən zəhərlənib
 
31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinə 17 nəfər müraciət edib.

Bu barədə Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, Respublikanın baş toksikoloqu Azər Maqsudov deyib. O bildirib ki, müraciətlər əsasən dəm qazı zəhərlənmələri ilə bağlı olub. 

"Müraciət edənlərdən 7 nəfəri şöbəyə yerləşdirilib. Onlardan 2-si azyaşlıdır. Sərxoş halda isə 12 nəfər müraciət edib. Ən çox müraciət əsasən yanvarın 1-i və 2-də olub”.

Respublika Gigiyena və Epideiologiya Mərkəzinin (RGEM) Qidalanma bölməsinin müdiri İmran Abdullayev isə bildirib ki, 5 günlük bayram tətilində qida zəhərlənməsi ilə bağlı kütləvi hal müşahidə olunmayıb.

"2-3 nəfərdə qida zəhərlənməsi müşahidə edilib ki, bu, adi günlərdə olan qida zəhərlənmələridir. Kütləvi zəhərlənmə faktı olmayıb”.


OXŞAR XƏBƏRLƏR