Baş Dövlət Yol Polisi İdarəsi rəsm müsabiqəsi keçirir

Baş Dövlət Yol Polisi İdarəsi rəsm müsabiqəsi keçirir

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis-polkovnik leytenantı Rüfət Quliyevin Sfera.az-a verdiyi məlumata görə, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi 5 aprel 2019-cu il tarixindən, 25 may 2019-cu il tarixinədək uşaqlar arasında "YOL HƏRƏKƏTİ QAYDALARI UŞAQLARIN GÖZÜ İLƏ” mövzusunda rəsm müsabiqəsi keçirir.


Şöbə rəisi nəzərdə tutulan tədbirlə bağlı bunları deyib: "Müsabiqənin keçirilməsində əsəs məqsəd - uşaqlar arasında yol hərəkəti təhlükəsizliyinə dair bilik və vərdişlərin inkişaf etdirilməsi, yol hərəkəti qaydaları haqqında biliklərin artırılması, eləcə də uşaq travmatizminin qarşısının alınmasında ictimai həmrəyliyə nail olmaqdır”.

 

Sonda olaraq, Rüfət Quliyev bildirib: ”Müsabiqənin keçirilməsi, əsərlərin qəbulu, qiymətləndirilməsi və qaliblərin müəyyən edilməsi qaydaları Baş Dövlət Yol Polisi İdarəsinin rəsmi internet dyp.gov.az saytında yerləşdirilmişdir”.

 

OXŞAR XƏBƏRLƏR