“Bank of Baku”-dan Zülfiyyə Xanbabayeva təkzibi: “Bu iddialar…”

“Bank of Baku”-dan Zülfiyyə Xanbabayeva təkzibi: “Bu iddialar…”
 

"Bank of Baku”-nun Zülfiyyə Xanbabayevanı məhməkəyə verməsi, həmçinin evini əlindən alması ilə bağlı yayılmış xəbər həqiqəti əks etdirmir”.


Sfera.az-ın xəbərinə görə bununla bağlı açıqlamanı adıçəkilən bankın Marketinq və ictimaiyətlə əlaqələr departamentinin rəhbəri Gülşən Cumayeva verib. Onun media nümayəndələrinə ünvanlanmış müraciətində bildirilir:

 

"Bununla bağlı yayılmış xəbərdə qeyd edilən iddialar heç bir əsası olmayan, tamamilə yanlış məlumatdır. Zülfiyyə xanımın Bankımızda heç bir kredit öhdəliyi yoxdur. Yanlış xəbəri tirajlayan media nümayəndələrindən məlumatı təkzib etmələri və bu kimi məlumatları yaymazdan öncə daha diqqətli olmaları, məsul şəxslərlə əlaqə saxlayıb dəqiqləşdirmə aparmaları xahiş olunur”.



OXŞAR XƏBƏRLƏR