Bakıda üzərində tapança ilə narkotik maddə satan şəxslər saxlanıldı

Bakıda üzərində tapança ilə narkotik maddə satan şəxslər saxlanıldı
Daxili işlər orqanlarının əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyat nəticəsində üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən və narkotik maddələrin alqı-satqısı ilə məşğul olan şəxslər saxlanılıblar.

Bu barədə Sfera.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Sabunçu Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsinə paytaxt sakini, əvvəllər məhkum olunmuş Rüfət Quliyevdə odlu silah-sursat olması barədə məlumat daxil olub. İdarə əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat tədbiri nəticəsində həmin şəxs saxlanılıb. Onun üzərində hal şahidlərinin iştirakı ilə şəxsi axtarış aparılan zaman 1 ədəd "Makarov” markalı tapança və içərisində 1 ədəd patron olan daraq aşkar olunaraq götürülüb. Saxlanılan şəxs ifadəsində odlu silah-sursatın ona məxsus olduğunu etiraf edib.

İdarə əməkdaşları tərəfindən həyata keçrilən digər əməliyyat nəticəsində narkotik vasitələrin alqı-satqısı və qanunsuz dövriyyəsi ilə məşğul olan daha 3 nəfər saxlanılıb. Nəticədə Bakı şəhər sakinləri əvvəllər məhkum olunmuş Mehrac Zərbalıyev, Tural Quliyev və Gəncə şəhər sakini Ruhin Şabanov saxlanılıb. Onlardan ümumilikdə 12 qrama yaxın narkotik vasitə olan qurudulmuş marixuana, həmçinin 1 ədəd bıçaq aşkar olunaraq götürülüb.

Qeyd edilən faktlarla bağlı Sabunçu Rayon Polis İdarəsində zəruri əməliyyat tədbirləri və istintaq hərəkətləri davam etdirilir.

Saxlanılanların şəxsiyyətləri və kriminal keçmişə malik olmaları nəzərə alındığından onların digər cinayətlərdə iştirak etdikləri də istisna olunmur. R. Quliyev, M.Zərbalıyev, T. Quliyev və R.Şabanovun əməllərindən zərərçəkən şəxslər varsa, bu barədə Daxili İşlər Nazirliyinin "102 - Zəng Mərkəzi” Xidmətinə və ya Sabunçu Rayon Polis İdarəsinə müraciət edə bilərlər.

OXŞAR XƏBƏRLƏR

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başladı

Berlində Azərbaycan Prezidenti İlham Əliyev və Almaniya Prezidenti Frank Valter-Ştaynmayer arasında təkbətək görüş başlayıb.   Sfera.az xəbər verir k...

Sərhəddə quraşdırılan dirəklərin yeni sayı AÇIQLANDI

şləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında nəzərdə tutulan işlərin təxminən 35 faizi 2024-cü il aprelin 26-dək yerinə yetirilib, 28 sərhəd dirəyi ...

Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şura İclası keçirildi - FOTOLAR

Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş tərkibdə iclası keçirilib. İclasda RİH başçısı yanında Şuranın üzvləri, hüquq-mühafızə orqanlarının...

Bakının bu rayonunda qaz kəsiləcək

Nəsimi rayonunun A.Bakıxanov küçəsi ilə A. Qurbanov küçəsinin kəsişməsində qaz xəttində aşkar olunmuş sızmanın ləğv edilməsi məqsədi ilə 26.04.2024-cü il saat 2...

"Liverpul" bu futbolçunu almaq istəyir - Məbləğ AÇIQLANDI

  "Liverpul" "Ayntraxt"ın müdafiəçisi Uilyam Paçonu almaq istəyir.   Sfera.az bildirir ki, alman klubu futbolçunun trans...

Azərbaycanda hər 1000 yeni doğulan uşağa düşən ölüm sayı AÇIQLANDI 

1980-2021-ci illərdə Azərbaycanda hər 1000 yeni doğulan uşağa düşən ölüm sayı 109-dan 18-ə enib.   Sfera.az xəbər verir ki, bununla bağlı məlumatı Ba...