Bakıda sürücünü təhqir edib, üzünə tüpürdü – VIDEO

Bakıda sürücünü təhqir edib, üzünə tüpürdü – VIDEO
Avtobus dayanacağında avtomobilini saxlayan sürücünün "Bakı Bus” sürücüsünü nalayiq söyüşlərlə təhqir etdiyini əks etdirən video yayılıb.

Bakı Bus MMC-dən verilən məlumata görə, hadisə fevralın 28-i saat 14:08-da 1 saylı marşrut xətti üzrə hərəkət edən "Bakı Bus”a məxsus 99 JX 256 dövlət qeydiyyat nişanlı avtobusun "Neftçilər” metrostansiyasındakı dayanacağına daxil olarkən baş verib.

99 AL 789 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü yol hərəkəti qaydasını kobud şəkildə pozaraq, avtomobilini avtobuslar üçün nəzərdə tutulan dayanacaqda saxlayıb. Videodan aydın görünür ki, avtomobil sürücüsü avtobusun hərəkət zolağında qanunsuz olaraq parklama edib. Həmçinin o, ona iradını bildirən avtobus sürücüsünə hədə-qorxu gələrək, onu təhqir edib.

Avtobusda olan onlarla sərnişinin gözü önündə avtobus sürücüsünü təhqir edib ona hədə-qorxu gələrək üzünə tüpürən və beləliklə, yaşlı sürücünün şərəf və ləyaqətini alçaltmağa çalışan şəxslə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunub.




OXŞAR XƏBƏRLƏR

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü başladı

Azərbaycan Prezidenti İlham Əliyevin Berlində Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb. Sfera.az xəbər verir ki, b...

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başladı

Berlində Azərbaycan Prezidenti İlham Əliyev və Almaniya Prezidenti Frank Valter-Ştaynmayer arasında təkbətək görüş başlayıb.   Sfera.az xəbər verir k...

Sərhəddə quraşdırılan dirəklərin yeni sayı AÇIQLANDI

şləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında nəzərdə tutulan işlərin təxminən 35 faizi 2024-cü il aprelin 26-dək yerinə yetirilib, 28 sərhəd dirəyi ...

Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şura İclası keçirildi - FOTOLAR

Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş tərkibdə iclası keçirilib. İclasda RİH başçısı yanında Şuranın üzvləri, hüquq-mühafızə orqanlarının...

Bakının bu rayonunda qaz kəsiləcək

Nəsimi rayonunun A.Bakıxanov küçəsi ilə A. Qurbanov küçəsinin kəsişməsində qaz xəttində aşkar olunmuş sızmanın ləğv edilməsi məqsədi ilə 26.04.2024-cü il saat 2...

"Liverpul" bu futbolçunu almaq istəyir - Məbləğ AÇIQLANDI

  "Liverpul" "Ayntraxt"ın müdafiəçisi Uilyam Paçonu almaq istəyir.   Sfera.az bildirir ki, alman klubu futbolçunun trans...