Bakıda Həştərxan İşgüzar Mərkəzi açılacaq

Bakıda Həştərxan İşgüzar Mərkəzi açılacaq
 

Azərbaycan nümayəndə heyəti Həştərxanda bir sıra görüşlər keçirib

Azərbaycan nümayəndə heyəti Rusiyanın Həştərxan vilayətində səfərdədir. Azərbaycan nümayəndə heyətinin üzvü, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev səfər çərçivəsində Həştərxan vilayətinin rəhbəri İqor Babuşkinlə görüşüb. Sfera.az xəbər verir ki, görüş zamanı tərəflər qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi, iqtisadi, sosial sahədə əlaqələrin genişləndirilməsi, eləcə də birgə gəmi təmiri və tikintisi məsələlərini müzakirə ediblər.

Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin Ələt limanında yeni iqtisadi zonanın yaradılması təşəbbüsü ilə çıxış edib: "Biz bu liman vasitəsilə yükdaşımaların artırılmasına xüsusi diqqət yetiririk. Çünki  bu liman şimal və cənubu, eləcə də qərb və şərqi birləşdirəcək. Düşünürük ki, bu iqtisadi zona 15 milyon ton yükün daşınmasına imkan yaradacaq". İqor Babuşkin Xəzər dənizində turizmin inkişaf etdirilməsi məsələsinə də toxunub. Bildirib ki, yaxın günlərdə Həştərxan-Bakı aviareysləri yenidən bərpa olunacaq. O, sözügedən marşrutla hərəkət edəcək təyyarə reyslərinin sayının artırılmasını da məqbul hesab edib. İqor Babuşkin həmçinin Xəzəryanı ölkələrin turizminin inkişafı məqsədilə qarşılıqlı turist səfərlərinin  təşkil edilməsini təklif edib. Bildirilib ki. artıq Həştərxanda "Böyük Pyotr" adlı gəminin tikintisi başa çatmaq üzrədir və bu gəmi vasitəsilə ediləcək səfərlər sahilyanı ölkələr arasında turizmin inkişafına təkan verəcək.

Görüşdə çıxış edən Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev İqor Babuşkini qubernator seçilməsi münasibətilə təbrik edib və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından təbrik məktubunu İqor Babuşkinə təqdim edib.  Abdin Fərzəliyev tərəflər arasında yüksək səviyyədə qurulan əməkdaşlıqdan da söhbət açıb və bu əməkdaşlığın hər ötən il inkişaf etdiyini vurğulayıb.

Qeyd edək ki, hazırda Həştərxanda "KDY Loqistika" layihəsinin həyata keçirilməsi üzərində iş gedir. Bu layihə Azərbaycan. İran, Türkiyə, Türkmənistan və Özbəkistan və digər MDB ölkələrindən kənd təsərrüfatı məhsullarının daşınmasına imkan yaradacaq.  2018-ci ildən Həştərxanda Azərbaycan İşgüzar Mərkəzi fəaliyyət göstərir. Anoloji mərkəzin cari ilin sonuna qədər Bakıda açılması üzərində iş gedir.

Bununla bağlı görüş zamanı məlumat verən Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev deyib ki, 7 mərtəbədən ibarət İşgüzar Mərkəz paytaxtın mərkəzində yerləşir və ölkədəki ən iri İşgüzar Mərkəzlərdən biri olacaq.


OXŞAR XƏBƏRLƏR

Tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşdü

Şəkidə tibb bacısı antibiotikdən şoka düşüb.   Sfera.az-ın məlumatına görə, bu gün axşam saat 17 radələrində rayonun Kiş kənd sakini 1975-ci il təvəl...

Qərəzli qətnamələrin yeganə səbəbi Qarabağı azad etməyimizdir

Prezident İlham Əliyev andiçmə mərasimindəki çıxışında indiki və gələcək nəsillərin heç vaxt unutmalı olmadığı həqiqəti hər birimizin diqqətinə çatdırdı: &...

Rusiya NATO ölkələrinə hücum edəcəkmi? - Şoyqu aydınlıq gətirdi

"Bizim NATO-ya üzv dövlətlərə hücum etmək üçün nə geosiyasi, nə də hərbi maraqlarımız var". Sfera.az xəbər verir ki, bu barədə Rusiya Federasiyas...

Rabitəbank rəhbərliyi ABŞ-da işgüzar səfərdə olub

22 aprel 2024-cü il tarixindən etibarən Mərkəzi Bankın təşkilatçılığı, ABA-nın dəstəyi və “Rabitəbank” ASC-nin Müşahidə Şurasının sədri Zakir Nuriye...

Bakıda bu küçə 2 gün bağlı olacaq - XƏBƏRDARLIQ

Sabah saat 09:00-dan aprelin 28-i saat 22:00-a qədər Bakının Elşən Süleymanov küçəsində (Bəhruz Nuriyev küçəsindən Cəmşid Naxçıvanski küçəsinə qədər olan hissəd...

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü başladı

Azərbaycan Prezidenti İlham Əliyevin Berlində Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb. Sfera.az xəbər verir ki, b...