Gündəm

Bakıda 3 əcnəbi tələbənin öldüyü yanğınla bağlı cinayət işi başlanıldı

Bakıda 3 əcnəbi tələbənin öldüyü yanğınla bağlı cinayət işi başlanıldı
 
Bakıda ölümlə nəticələnən yanğın hadisəsi ilə bağlı cinayət işi başlanılıb.

Bu barədə Sfera.az-a verilən Bakı Şəhər Prokurorluğundan məlumat verilib.
 
Bildirilib ki, faktla bağlı Səbail Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Qeyd edək ki, ötən gecə paytaxtın Səbail rayonunda ikimərtəbəli yaşayış binasının birinci mərtəbəsində yanğın baş verib. Ümümi sahəsi 36 m² olan 1 otaqlı mənzildə 1 ədəd elektrik ötürücüsü və yataq dəsti qismən yanıb. Nəticədə tüstüdən Şri-Lanka vətəndaşları olan 3 qız zəhərlənərək ölüb.

Onların Bakıda universitetlərin birində tələbə olduqları bildirilir.

XƏBƏR LENTİ

«    Yanvar 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031