Bakı-Qazax yolunda mikroavtobus aşıb, ölən və yaralananlar var
11:47 / 18.12.2019
2487
Bakıda ölümlə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın məlumatına görə, hadisə bu gün səhər saatlarında Bakı-Qazax yolunun Ələt qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan mikroavtobus idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində ölən və yaralananların olduğu bildirilir.
Hadisə yerinə 4 təcili yardım briqadası cəlb olunub.
Sfera.az