Bakı metrosunda işıq problemi yaşandı
Bu gün metronun "Sahil” stansiyasına elektrik enerjisinin verilməsində fasilə olub. Bu səbəbdən stansiyada eskalatorun fəaliyyəti müvəqqəti dayandırılıb.
Bu barədə virtualaz.org-a "Bakı Metropoliteni” QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib. Onun sözlərinə görə, hadisəyə metropolitenə gələn elektrik xəttində gərginliyin düşməsi səbəb olub.
"Metropolitenə gələn elektrik xəttində gərginliyin düşməsi səbəbindən bu gün saat 10:55-də "Sahil” stansiyasında işıqlanma sistemi və eskalatorun fəaliyyəti dayandırılıb. Qısa müddət ərzində eskalatorun fəaliyyəti bərpa olunub. Təxminən 2-3 dəqiqə stansiya işıqsız qalıb, sonra problem aradan qaldırılıb.
B. Məmmədovun sözlərinə görə, sərnişinlərlə bağlı da hər hansı problem yaşanmayıb, eyni zamanda hadisə qatarların hərəkətinə ciddi təsir etməyib.