Bakı-Gəncə-Bakı aviareysləri ləğv olundu

Bakı-Gəncə-Bakı aviareysləri ləğv olundu

Bakı-Gəncə-Bakı aviareysləri üzrə uçuşlar ləğv edilib. 

Sfera.az-ın Qafqazinfo-ya istinadən xəbərinə görə, bu barədə sərnişinlər məlumat verib. Onlar ölkənin ikinci böyük şəhərinə uçuşların dayandırılmasına etiraz edirlər.

AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski isə bildirib ki, kommersiya baxımından səmərəli olmadığı üçün yanvarın 9-dan etibarən bu istiqamətdə uçuşların ləğv edilməsinə qərar verilib.

OXŞAR XƏBƏRLƏR