“Azəriqaz”ın adından vakansiya elan etdi

“Azəriqaz”ın adından vakansiya elan etdi
Ağsu rayonunda vətəndaşlara açıq nömrələrdən zəng edilərək Ağsu Regional qaz istismarı İdarəsinin (RQİİ) adından sürücü və çilingər işləmək üçün vakansiyaların olduğu bildirilib. 

"Azəriqaz”dan verilən məlumata görə, işə götürülmələri üçün müvafiq hesab nömrəsinə 265 manat köçürülməsi təklif edilib. 

Bu vəsaiti hesaba mədaxil edən Ağsu rayonu Kalva kənd sakini RQİİ-yə gələrək idarənin rəhbərliyi ilə görüşüb və aldadıldığını bildikdən sonra hüquq-mühafizə orqanlarına müraciət edib.

Qeyd edək ki, SOCAR-da işə qəbul mərkəzləşdirilmiş qaydada baş ofisin İnsan resursları departamenti tərəfindən həyata keçirilir. Şirkətdə mövcud olan vakansiyalar barədə məlumatlar isə rəsmi veb-səhifəsində yerləşdirilir.

OXŞAR XƏBƏRLƏR

Azərbaycanda üçotaqlı evlər daha çoxdur – STATİSTİKA

2023-cü ilin məlumatına əsasən, Azərbaycanda mövcud olan evlərin bir sakinə düşən ümumi sahəsi 19,5 kvadrat metr, yaşayış sahəsi isə 14 kvadrat metr olub. ...

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində OLDULAR - FOTO - YENİLƏNDİ

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam şəhərində olublar.   Sfera....

"TikTok"a məhdudiyyət qoyulmalıdırmı? - Azərbaycanda SORĞU

Sosisal Tədqiqatlar Mərkəzi (STM) tərəfindən keçirilən növbəti sorğularda "TikTok" media platformasına məhdudiyyətlərin tətbiqi barədə ictimai mövqe ö...

Elmira Süleymanova VƏFAT ETDİ - YENİLƏNDİ - 2

Azərbaycanın ilk İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova ilə vida mərasimi başa çatıb.   Sfera.az xəbər verir ki, Təzəpir məsci...

Rusiya XİN: "Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik"

Rusiya Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası ilə bağlı bütün səylərini dəstəkləyir.   Sfera.az xəbər verir ki, bunu Rusiya Xarici İşl...

Prezidentlər Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində İŞTİRAK ETDİLƏR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Ağdam rayonunun Xıdırlı kənd tam orta məktəbinin birgə təməl...