“Azəriqaz” 2020-ci il üzrə qazlaşdırma proqramını açıqlayıb

“Azəriqaz” 2020-ci il üzrə qazlaşdırma proqramını açıqlayıb
2020-ci ildə Azərbaycanda qazlaşma işlərinin həyata keçirilməsi üçün Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) dövlət büdcəsindən 130 mln. manat vəsaitin ayrılması nəzərdə tutulur.

Bu barədə "Sfera.az”a SOCAR-ın "Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, bu vəsait hesabına bu günə qədər qaz almayan bir çox yaşayış məntəqələri (kənd və yeni yaşayış massivləri) qazlaşdırılacaq. Hazırda həmin məntəqələr üzrə son dəqiqləşdirilmələr aparılır.

İlkin olaraq qeyd edək ki, 2020-ci ildə 51 şəhər və rayon üzrə 80-dən çox kənd və 40-dan çox yaşayış massivi qazlaşma proqramında əksini tapacaq. Eyni zamanda, Saatlı rayonunda yerləşən 101 məcburi köçkün ailəsinin məskunlaşdığı şəhərcik də proqrama daxildir. Bununla da belə şəhərciklərin qazlaşdırılması başa çatacaq.

Bakı şəhəri ətrafında genişlənmiş ərazilərə gəldikdə isə 34 yeni yaşayış massivi qazlaşdırılacaq. Bura ötən il icrasına başlanılan qazlaşmanın birinci mərhələsinə aid olunan 16 massiv də daxildir. Hazırda onlardan 5-də son tamamlanma işləri aparılır. Ümumilikdə, Bakı şəhəri üzrə yeni yaşayış massivlərinin 2020-ci ildə 100% qazlaşdırılması nəzərdə tutulub.

Qeyd edək ki, 2019-cu ilin sonunda ölkədə qazlaşma səviyyəsi 96%-ə çatdırılıb. Regionlarda 92 yaşayış məntəqəsi qazlaşdırılıb. Bakı şəhərində 22 yeni yaşayış massivinin qazlaşdırılmasına dair birinci mərhələyə başlanılıb və hazırda da davam etdirilir. Əhali üzrə abonent sayı ötən il daha 100 min artaraq 2 milyon 300 minə bərabər olub.


OXŞAR XƏBƏRLƏR

Sərhəddə quraşdırılan dirəklərin yeni sayı AÇIQLANDI

şləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında nəzərdə tutulan işlərin təxminən 35 faizi 2024-cü il aprelin 26-dək yerinə yetirilib, 28 sərhəd dirəyi ...

Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şura İclası keçirildi - FOTOLAR

Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş tərkibdə iclası keçirilib. İclasda RİH başçısı yanında Şuranın üzvləri, hüquq-mühafızə orqanlarının...

Bakının bu rayonunda qaz kəsiləcək

Nəsimi rayonunun A.Bakıxanov küçəsi ilə A. Qurbanov küçəsinin kəsişməsində qaz xəttində aşkar olunmuş sızmanın ləğv edilməsi məqsədi ilə 26.04.2024-cü il saat 2...

"Liverpul" bu futbolçunu almaq istəyir - Məbləğ AÇIQLANDI

  "Liverpul" "Ayntraxt"ın müdafiəçisi Uilyam Paçonu almaq istəyir.   Sfera.az bildirir ki, alman klubu futbolçunun trans...

"Liverpul" bu futbolçunu almaq istəyir - Məbləğ AÇIQLANDI

  "Liverpul" "Ayntraxt"ın müdafiəçisi Uilyam Paçonu almaq istəyir.   Sfera.az bildirir ki, alman klubu futbolçunun trans...

Azərbaycanda hər 1000 yeni doğulan uşağa düşən ölüm sayı AÇIQLANDI 

1980-2021-ci illərdə Azərbaycanda hər 1000 yeni doğulan uşağa düşən ölüm sayı 109-dan 18-ə enib.   Sfera.az xəbər verir ki, bununla bağlı məlumatı Ba...