Azərbaycanlıdan dəhşətli qətl: “Xəyanatə görə arvadımı öldürdüm, qızımın başını qoyun kimi kəsdim”

Azərbaycanlıdan dəhşətli qətl: “Xəyanatə görə arvadımı öldürdüm, qızımın başını qoyun kimi kəsdim”

Azərbaycanlı Rusiyada birgə yaşadığı qadını və qızını öldürüb.

Sfera.az oxu.az-a istinadən xəbər verir ki, Orsk şəhərində yaşayan 32 yaşlı Rəsul Məmmədov 35 yaşlı İnna Petrova ilə sevgilisindən Reqina adlı qızı olub.

Onlar yola getməyiblər. Rəsul onu və qızları Reqinanı öldürməklə hədələyib.

Tez-tez İnnanı döyən Rəsulu, növbəti dəfə analarını döyən zaman onlarla bir evdə yaşayan və başqa kişidən olan qızları polisə verib.

Bir müddət polis nəzarətində saxlanılan Məmmədov buraxılandan sonra Azərbaycana qayıdıb.

Sonradan Rusiyaya qayıdan Məmmədovla yaşamaq istəməyən İnna onun qızları Reqina ilə görüşünə icazə verib.

Uşaq atasına onlara bir əmi gəldiyini deyib və buna görə də Məmmədov uşağının gözü önündə İrinaya 20 bıçaq zərbəsi vuraraq, dörd yaşlı qızının boğazını kəsib.

O, ifadəsində bildirib ki, "qızımızın ölümündə İnna günahkardır, o mənə xəyanət edib və Reqina gözümə mənə xəyanət etdiyi adam kimi göründü deyə onun boğazını qoyun boğazı kimi üzdüm".

Qətli törədəndən sonra Məmmədov evdən sənədlərini, cinayəti törətdiyi bıçağı götürərək çay sahilinə gedib və bir şüşə araq içərək orada gecələyib.

Səhər dostu Rəşid ilə qaldığı evə qayıdan Məmmədovu orada gözləyən polislər tutublar.

Məhkəmə hökmü ilə o, ömürlük azadlıqdan məhrum edilib.



OXŞAR XƏBƏRLƏR