Hadİsə

Azərbaycanlı müğənninin öldüyü qəzanın görüntüləri yayıldı - VİDEO

Azərbaycanlı müğənninin öldüyü qəzanın görüntüləri yayıldı - VİDEO
Qaxda bir nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

ARB TV xəbər verir ki, hadisə Qax-Zaqatala yolunun Qum kəndi ərazisindən keçən hissəsində meydana gəlib.

40 yaşlı Şəki sakini Polad Məmmədovun idarə etdiyi "VAZ-21015" markalı avtomobil yoldan çıxaraq ağaca çırpılıb. Qəza nəticəsində avtomobildə olan sərnişin, 38 yaşlı Mehriban Mustafayeva ölüb. Sürücü, Polad Məmmədov və avtomobilə olan digər iki sərnişin isə yüngül xəsarə alıblar. Qeyd edək ki, mərhum Mehriban Mustafayeva uzun illərdir şimal-qərb bölgəsində müğənni kimi fəaliyyət göstərirdi.

Faktla bağlı Qax rayon polis şöbəsində araşdırma aparılır.

AdRiver

XƏBƏR LENTİ

«    Fevral 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123
45678910
11121314151617
18192021222324
25262728