“Azərbaycanın yanında olmadılarsa, Türkiyənin də yanında olmayacaqlar” – Qənirə Paşayeva

“Azərbaycanın yanında olmadılarsa, Türkiyənin də yanında olmayacaqlar” – Qənirə Paşayeva
"Türkiyə bütün müsəlman dünyasının ən güclü qalasıdır. Əgər Türkiyə zəifləsə, bu ölkənin yerləşdiyi coğrafiyada yaranacaq xaotik vəziyyəti qaydasına salmaq çətin olacaq”.

Sfera.az xəbər verir ki, Türkiyənin Kastamonu şəhərinə səfər edən azərbaycanlı millət vəkili Qənirə Paşayeva belə deyib. O, açıqlamasında Xocalı soyqırımı və Türkiyə - Azərbaycan münasibətlərinə də diqqət çəkib:

"Müasir dünyanın gözləri qarşısında dəhşətli Xocalı soyqırımı baş verdi, Azərbaycan ərazilərinin 20 faizi işğal edildi. Lakin "insan haqları”, deyərək qışqıran Avropa Azərbaycandakı insanların faciəsini vecinə almadı. 26 ildir bu insanlar işğal altında olan vətənlərindəki doğmalarının məzarlarına gedə bilmirlər. Bir milyondan çox bacı-qarşdaşımız bu gün də bu dəhşətlərin ağrılarını yaşayır. Bu gün Xocalı adlı bir şəhər yoxdur. İnsanlar soyqırıma məruz qaldılar, amansıca öldürüldülər. Müasir dünya hələ də buna səssiz qalır. Avropa Parlamenti də terror məsələlərinə ikili standartlardan yanaşır”.

Qənirə Paşayeva Türkiyə ordusunun Suriyanın Afrin bölgəsində keçirdiyi antiterror əməliyyatlarından da danışıb:

"Türkiyə bu gün Afrində terrorizmə qarşı mübarizəni davam etdirir. Bu bölgədə terror təşkilatlarının düşərgələri var. Türkiyəni isə dayandırmaq istəyirlər. Həmin qüvvələr terrorizmlə mübarizədə bizim yanımızda deyillər. Əgər onlar terrorizmlə mübarizədə Azərbaycanın yanında olmadılarsa, Türkiyənin də yanında olmayacaqlar. Bütün variantlardan istifadə edib əngəl olmağa çalışırlar. Çünki Azərbaycan kimi Türkiyənin də güclənməsini istəmirlər”.

Azərbaycan və Türkiyənin yerləşdiyi bölgənin geostrateji əhəmiyyətindən danışan millət vəkili qeyd edib ki, bu regionun ən güclüləri türk dövlətləridir: "Avrasiya materikinin ən böyük millətlərindən biri bizik. Tarixdə ən çox imperiya quran millət də bizik. Avrasiyanın sonuncu imperiyası da türklərin olub. Lakin bu gün hər yer faciə içindədir. Bu gün biz yenə də böyük güc olmayaq deyə, oyunlar oynayırlar. Türkiyə də vətənimizdir, Azərbaycan da vətənimizdir. Bu vətənlər güclü olmasa, bu bölgə də güclü olmayacaq. Birinin zəifləməsi, hamısının zəifləməsi deməkdir”.


Mənsur Rəğbətoğlu
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başladı

Berlində Azərbaycan Prezidenti İlham Əliyev və Almaniya Prezidenti Frank Valter-Ştaynmayer arasında təkbətək görüş başlayıb.   Sfera.az xəbər verir k...

Sərhəddə quraşdırılan dirəklərin yeni sayı AÇIQLANDI

şləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında nəzərdə tutulan işlərin təxminən 35 faizi 2024-cü il aprelin 26-dək yerinə yetirilib, 28 sərhəd dirəyi ...

Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şura İclası keçirildi - FOTOLAR

Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş tərkibdə iclası keçirilib. İclasda RİH başçısı yanında Şuranın üzvləri, hüquq-mühafızə orqanlarının...

Bakının bu rayonunda qaz kəsiləcək

Nəsimi rayonunun A.Bakıxanov küçəsi ilə A. Qurbanov küçəsinin kəsişməsində qaz xəttində aşkar olunmuş sızmanın ləğv edilməsi məqsədi ilə 26.04.2024-cü il saat 2...

"Liverpul" bu futbolçunu almaq istəyir - Məbləğ AÇIQLANDI

  "Liverpul" "Ayntraxt"ın müdafiəçisi Uilyam Paçonu almaq istəyir.   Sfera.az bildirir ki, alman klubu futbolçunun trans...

Azərbaycanda hər 1000 yeni doğulan uşağa düşən ölüm sayı AÇIQLANDI 

1980-2021-ci illərdə Azərbaycanda hər 1000 yeni doğulan uşağa düşən ölüm sayı 109-dan 18-ə enib.   Sfera.az xəbər verir ki, bununla bağlı məlumatı Ba...