İqtİsadİyyat

Azərbaycanın ilk özəl sığorta şirkəti 27 yaşını qeyd edir

Azərbaycanın ilk özəl sığorta şirkəti 27 yaşını qeyd edir
Bu gün Azərbaycanın ilk özəl sığorta şirkəti olan "Günay Sığorta" ASC yaranmasının 27 illiyini qeyd edir.

"Günay Sığorta" ASC Maliyyə Nazirliyi tərəfindən verilmiş 04 sentyabr 1992-ci il tarixli 235 saylı şəhadətnamə ilə qeydiyyata alınaraq fəaliyyətə başlamışdır. 14 avqust 2008-ci il tarixində Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən 042483 saylı müddətsiz lisenziya verilmişdir.

 

Şirkətin əsas məqsədi yüksək keyfiyyətli və operativ xidmət göstərmək, sığorta sektoruna olan inamın artırılmasına dəstək olmaq, müştəriləri və əməkdaşları məmnun etmək, ədalət və düzgünlük prinsipini qorumaqdır. Şirkətin əsas inkişaf prioritetləri sırasında nümayəndəlik şəbəkəsinin genişlənməsi xüsusi yer alır. Bu məqsədlə 2019-cu il ərzində regionlarda şirkət 4 filialını müştərilərə təqdim edib. Bununla şirkət tək Bakı şəhərində deyil, həmçinin regionlarda yaşayan əhalinin bütün sığorta xidmətlərindən rahat şəkildə faydalanmasını, baş verən sığorta hadisələri zamanı isə peşəkar heyətin dəstəyi ilə müştərilərə operativ xidmətin göstərilməsini təmin edir. Bununla  da sığorta şirkətinin nümayəndəliklərinin sayı 9-a çatıb.  

 

"Günay Sığorta” ASC fəaliyyətinin 27 ili ərzində dəqiq, şəffaf və uğurlu strategiyanın tətbiqi nəticəsində ölkənin sığorta sektorunda güclü maliyyə dayanıqlılığı ilə seçilən, həmçinin göstərdiyi yüksək səviyyəli xidmətlərinə görə müştəri məmnuniyyəti və ictimaiyyət arasında etibarlı sığorta imicini qazanan maliyyə qurumuna çevrilmişdir.

 

"Korporativ-Sosial Məsuliyyət" Proqramı çərçivəsində "Günay Sığorta" təhsil, idman sahəsindən tutmuş, ətraf mühitin mühafizəsi üzrə layihələrə qədər müxtəlif sahələrdə çoxsaylı layihələrə dəstək olmuşdur.

 

Daim müştəri istəklərini fəaliyyətinin əsas meyarı tutan "Günay Sığorta” 1 il ərzində müştərilərə sərfəli olan yeni sığorta məhsullarını (Fərdi qəza sığortası, Mini kasko sığortası və s.) təqdim etmiş və müştərilərin istəklərinə əsasən mövcud sığorta məhsullarında (50/50 kasko sığortası, əmlak sığortası, səyahət sığortası və s.) dəyişikliklər etmişdir.


XƏBƏR LENTİ

«    Sentyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30