Azərbaycanın ən gənc naziri: O, beş dildə sərbəst danışır

Azərbaycanın ən gənc naziri: O, beş dildə sərbəst danışır
Sfera.az bildirir ki, Azxeber.com hər həftənin çərşənbə axşamı oxucuların görüşünə gələn "Məmur portreti” rubrikasını davam etdirir.

Rubrikada oxucular ölkənin idarə olunmasında yaxından iştirak edən, müxtəlif dövlət qurumlarına rəhbərlik edən məmurların fəaliyyəti və həyat yolundan xəbər tutacaqlar.

Rubrikanın növbəti qonağı Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevdir.

Sahil Babayev kimdir?

Azərbaycanın ən gənc naziri Sahil Babayev 1980-ci il təvəllüdlüdür. Ölkənin sayılıb-seçilən polis zabitlərindən olan - polkovnik Rafiq Babayevin ailəsində dünyaya göz açıb. O Rafiq Babayevin ki, uzun müddət polis orqanlarında çalışıb və sonuncu iş yeri Daxili İşlər Nazirliyi Pasport Qeydiyyatı İdarəsinin rəisi vəzifəsi olub. Fəaliyyəti dövründə çoxsaylı mükafat və təltiflərə layiq görülən R.Babayev müstəqilliyin ilk illərindən Azərbaycanda sabitliyin bərqərar olunması, polis sisteminin inkişafı üçün böyük işlər görüb.

Hüquqşünas olmalı idi, iqtisadçı oldu…

Sahil Babayev ixtisasca hüquqşünasdır. 2000-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsini əvvəlcə bakalavr, 2002-ci ildə isə magistr dərəcləri üzrə bitirib. Ardınca hüquq elmləri üzrə fəlsəfə doktoru alimlik dərəcəsini əldə edib. Hərbi xidmətdə zabit kimi qulluq edib. Buna səbəb o zamanlar Bakı Dövlət Universitetinin nəzdində hərbi kafedranın olması, burada təhsil alan tələbələrin zabit kimi hərbi xidmətə cəlb olunması idi. Xatırlatmaq üçün deyək ki, 2001-ci ildə bu kafedra ləğv olunub.

Əmək fəaliyyətinə 1999-cu ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (SOCAR) başlayan Sahil Babayev 7 il bu qurumda çalışıb. ARDNŞ-in Xarici İnvestisiyalar İdarəsinin Hüquq Departamentinin böyük mütəxəssisi kimi işə götürülən gələcək nazir sonradan bu departamentə rəhbərlik edib. O zamanlar Xarici İnvestisiyalar İdarəsinin rəisi işləyən Valeh Ələsgərovun Milli Məclis sədrinin müavini təyin olunmasından sonra onunla birgə yolunu Parlamentdən salıb. Vitse-spiker V.Ələsgərovun köməkçisi işləyən S.Babayev Avropa İttifaqı-Azərbaycan Parlamentlərarası Əməkdaşlıq Komitəsinin, Təbii Ehtiyatlar, Energetika və Ekologiya Komitəsinin əlaqələndiricisi olub.

Hər şey ondan başladı ki…

Sahil Babayev 2009-cu ildə İqtisadi İnkişaf Nazirliyinin Xarici investisiyalar və yardımların əlaqələndirilməsi şöbəsinin müdiri təyin olunur. 2 il burada çalışdıqdan sonra nazirliyin Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin müdiri vəzifəsinə dəyişdirilir. Eyni zamanda "Təmiz Şəhər” ASC-nin Müşahidə Şurasının sədri, Avropa İttifaqı - Azərbaycan ticarət və iqtisadiyyat alt-komitəsinin həmsədri, Avropa İttifaqı Yardım Alətləri üzrə Proqram İdarəetmə Qurumunun rəhbəri, "SOCAR Türkiyə Ege” Kompleksinin (Star layihəsi) Direktorlar Şurasının üzvü, Dünya Bankı ilə müştərək "Məişət tullantılarının vahid idarəçiliyi” layihəsinin müdiri vəzifələrində çalışır.

34 yaşında isə nazir müavini vəzifəsinə irəli çəkilir. Prezident İlham Əliyevin sərəncamı ilə İqtisadiyyat və sənaye nazirinin (sonrakı adı İqtisadiyyat Nazirliyi) müavini vəzifəsinə təyinat alan S.Babayev paralel olaraq "Azpromo” İxracın və İnvestisiyaların Təşviqi Fondunun, Tranzit Yükdaşımaları üzrə Koordinasiya Şurasının kuratoru, "Cənub Qaz Dəhlizi” layihəsində İqtisadiyyat Nazirliyi tərəfindən nümayəndə, "Azergold” QSC-nin Müşahidə Şurasının sədri, "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Müşahidə Şurasının üzvü postlarını tutur. Almaniya, Çexiya, Sloveniya, Argentina və Braziliya ilə Hökumətlərarası Komissiyaların həmsədri, Şimal-Cənub dəhlizinin Rəşt-Astara hissəsinin maliyyələşdirilməsinə dair Azərbaycan-İran İşçi Qrupunun həmsədri, 19 ölkə ilə Hökumətlərarası Komissiyaların üzvü olur.

Azərbaycanın ən gənc naziri…

Yola salmaq üzrə olduğumuz 2018-ci il Azərbaycanda bir çox əlamətdar hadisələr, o cümlədən növbəti prezident seçkiləri ilə yadda qaldı. Aprel ayının 11-də baş tutan seçkilərdə xalqın mütləq əksəriyyəti yenidən Prezident İlham Əliyevə etimad göstərir və Cənab İlham Əliyev yenidən ölkəmizin rəhbəri seçilir. Bu seçkilərdən sonra Nazirlər Kabinetinin tərkibində ciddi islahatlar aparılır. İslahatların əsas qayəsini gənc və peşəkar kadrların yüksək dövlət vəzifələrinə təyinatı, onların potensialından dövlətin idarə olunması prosesində istifadə olunması təşkil edir. 38 yaşlı Sahil Babayev də Cənab İlham Əliyevin etimad göstərdiyi şəxslər sırasında yer alır. 

Əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilən S.Babayev qısa müddətdir bu vəzifəyə təyin olunsa da, çoxsaylı islahatlar aparmağa müvəffəq olur. Uzun müddətdir nazirliyə aid qurumlarda yüksək vəzifələr tutan məmurları, hansı ki, o məmurların işdən çıxarılması cəmiyyətin tələbi idi, vəzifədən azad edir. Aztəminatlı ailələrin, sosial ehtiyac meyarlarına cavab verən qrupların hüquqlarının müdafiəsi, əhalinin pensiya təminatının yaxşılaşdırılması istiqamətində vacib addımlar atılır. Gənc nazir vaxtaşırı olaraq regionlarda vətəndaşları qəbul edir, onların problemlərini şəxsən öz dilindən dinləyir, həll olunması üçün müvafiq göstərişlər verir. Bir sözlə, Sahil Babayevin gəlişi bu nazirliyin "canlı orqanizm” kimi fəaliyyətinə zəmin yaradır. Bu isə uzun müddətdir əhalinin narazı olduğu qurumun fəaliyyətində əsaslı dönüş yaradır.

Sonda xatırladaq ki, Sahil Babayev Azərbaycanın ən çox xarici dil bilən nazirləri sırasında yer alır. Azərbaycan, ingilis, rus, türk, fransız dillərində sərbəst danışmaq və yazmaq vərdişlərini əzx edən nazir ailəlidir, iki övladı var.
 

OXŞAR XƏBƏRLƏR

Tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşdü

Şəkidə tibb bacısı antibiotikdən şoka düşüb.   Sfera.az-ın məlumatına görə, bu gün axşam saat 17 radələrində rayonun Kiş kənd sakini 1975-ci il təvəl...

Qərəzli qətnamələrin yeganə səbəbi Qarabağı azad etməyimizdir

Prezident İlham Əliyev andiçmə mərasimindəki çıxışında indiki və gələcək nəsillərin heç vaxt unutmalı olmadığı həqiqəti hər birimizin diqqətinə çatdırdı: &...

Rusiya NATO ölkələrinə hücum edəcəkmi? - Şoyqu aydınlıq gətirdi

"Bizim NATO-ya üzv dövlətlərə hücum etmək üçün nə geosiyasi, nə də hərbi maraqlarımız var". Sfera.az xəbər verir ki, bu barədə Rusiya Federasiyas...

Rabitəbank rəhbərliyi ABŞ-da işgüzar səfərdə olub

22 aprel 2024-cü il tarixindən etibarən Mərkəzi Bankın təşkilatçılığı, ABA-nın dəstəyi və “Rabitəbank” ASC-nin Müşahidə Şurasının sədri Zakir Nuriye...

Bakıda bu küçə 2 gün bağlı olacaq - XƏBƏRDARLIQ

Sabah saat 09:00-dan aprelin 28-i saat 22:00-a qədər Bakının Elşən Süleymanov küçəsində (Bəhruz Nuriyev küçəsindən Cəmşid Naxçıvanski küçəsinə qədər olan hissəd...

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü başladı

Azərbaycan Prezidenti İlham Əliyevin Berlində Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb. Sfera.az xəbər verir ki, b...