Azərbaycanda yolların keyfiyyəti yoxlanılır
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Azəravtoyol ASC-nin saldığı yolları yoxlayıb.
ASC-dən Sfera.az-a verilən məlumata görə, Komitənin Təcrübə-Sınaq Mərkəzinin Səyyar laboratoriyası yenidən qurulan və tikintisi aparılan bütün avtomobil yollarında asfalt-beton örtüyünün keyfiyyətinin yoxlanılması üzrə sınaq işləri həyata keçirib. Səyyar laboratoriyanın əməkdaşları tərəfindən yerindəcə nümünələr götürülüb, sınaqdan keçirilib və sınağın nəticəsi aktlaşdırılaraq Azəravtoyol ASC-yə təqdim edilib.
Əgər tərtib edilmiş aktlarda çatışmazlıqlar olarsa, Komitənin Təcrübə-Sınaq Mərkəzi Azəravtoyolun İstismar idarəsi ilə birlikdə təkliflər hazırlayır. Aşkar olunmuş çatışmazlıqlar qısa müddət ərzində həmin təkliflərə əsasən aradan qaldırılır.