Azərbaycanda yeni dəb: doğum tarixi \"zerkalnı\" olan körpələr - HƏKİMDƏN HƏYACAN TƏBİLİ

Azərbaycanda yeni dəb: doğum tarixi \

 

Son illər Azərbaycanda uşaqların "zerkalnı” tarixdə doğulması üçün anaların keysəriyyə əməliyyatına başa vurması populyar hal alıb. Övladının xüsusi tarixdə dünyaya gəlməsini istəyən valideynlər tibbi müdaxilə yolu ilə doğuşu 1-2 gün tezləşdirir, ya da yubadırlar. Məsələn, ötən il xeyli sayda valideyn körpələrini 19.12.2019 tarixində dünyaya gətirmək üçün doğuş tarixini dəyişməyə çalışıb.

 

Sosial şəbəkələrdə gedən müzakirələrdə bildirilir ki, həmin günlər xəstəxanalarda digər xəstələri yatırmağa yer tapılmır. 2020-ci ildə də belə "zerkalnı” tarixlər (02.02.2020 və ya 20.02.2020) mövcuddur.

 

Bəs doğuşu tibbi müdaxilə yolu ilə tezləşdirmək və ya yubatmaq ananın və dünyaya gələcək körpənin sağlamlığına necə təsir edir?

 

 

Mama-ginekoloq Gülnar Ağayeva bu təhlükəli tendensiyadan danışıb.

 

O bildirib ki, bu qərarı verən ana və onunla razılaşan həkim məsuliyyət daşıyır:

 

"Bu heç bir millətdə yoxdur, təkcə bizim millətdə olan bir fikirdir. Doğuşun vaxtıdırsa, sən doğuşa müdaxilə edə bilməzsən. Əgər keysəriyyə əməliyyatına göstəriş olarsa, o zaman keysəriyyə əməliyyatı baş tuta bilər. Düzdür, doğuşu 2-3 gün gec və ya tez etmək olar. Amma məhz uşaq bu tarixdə doğulsun deyə, normal doğuşa imkan ola-ola keysəriyyə əməliyyatı etdirmək istəyənlərin psixologiyasında problem var. Burda həm ana, həm də həkim məsuliyyət daşıyır. Belə doğuşun müxtəlif fəsadları da ola bilər. Bu əməliyyata razılıq verən həkim də normal deyil".

 

Həkimin sözlərinə görə, keysəriyyə əməliyyatına yalnız göstəriş olduqda icazə vermək olar:

 

"İndi bir çox xəstəxanada göstəriş olmadan keysəriyyə əməliyyatına icazə vermirlər. Göstərişlərə isə gözdə zəiflik, uşaqlıq yolunda çapıq və s. aid edə bilərik.

 

Belə əməliyyatın daha çox anaya fəsadları olur. Məsələn uşaqlığın yığılma qabiliyyətinin pozulması, embaliya, qanaxma və s. ola bilər”.

 

"Yenisabah.az”


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...