Cəmİyyət

Azərbaycanda vəzifəli şəxs ölkədən qaçdı

Azərbaycanda vəzifəli şəxs ölkədən qaçdı
Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abidin Fərzəliyev şöbə müdirini işdən çıxarıb.

Sfera.az xəbər verir ki, A.Fərzəliyevin əmri ilə Nərimanov Rayon İcra Hakimiyyətinin Təsərrüfat şöbəsinin müdiri Abdullayev Rəfail Hüseynqulu oğlu vəzifəsindən azad edilib. Buna səbəb R.Abdullayevin vətəndaşları incitməsi və rayon ərazisində tikilən hündürmərtəbəli binaların sahiblərinə qarşı dələduzluq etməsi olub.

Bundan başqa, sabiq şöbə müdiri "RR” MTK-nın sahibi olan qardaşı Nadir Abdullayevin şəriklərinin də pullarını mənimsədiyi bildirilir. Belə ki, Rəfail Abdullayev məsuliyyətdən yayınmaq üçün ölkəni tərk edərək Ukraynaya qaçıb.

 

Məsələ ilə bağlı sabiq şöbə müdirinin qardaşı, "RR” MTK-nın sahibi Nadir Abdullayev Unikal.org-a açıqlama verərək bildirib ki, qardaşı bir neçə aydır ki, işdən çıxıb:

"Onun işdən çıxması və ölkədən qaçması ilə bağlı başqa heç nə deyə bilmərəm. Biz doğrudan da bina tikintisi ilə məşğuluq. Qardaşımın səhhətində ciddi problem var”. (unikal.org)

XƏBƏR LENTİ

«    Yanvar 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031