Hadİsə

Azərbaycanda vəzifəli şəxs avtomobilini gölə aşıraraq öldü

Azərbaycanda vəzifəli şəxs avtomobilini gölə aşıraraq öldü
Qusar rayonunda ağır yol qəzası baş verib. 


Sfera.az
"Report"a istinadən xəbər verir ki, hadisə Qusar-Həzrə yolunun 16-cı kilometrliyində, rayonun Yasab kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.


Belə ki, rayonun Həzrə kənd sakini Vəlixan Vəlixanov idarə etdiyi "Opel" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və avtomobili yolun kənarındakı gölə aşırıb.


Nəticədə avtomobilin sürücü V.Vəlixanov suda boğularaq ölüb. Avtomobildə olan daha 3 sərnişin xəstəxanaya çatdırılıb.


Qeyd edək ki, V.Vəlixanov Qusar Rayon İcra Hakimiyyətinin Həzrə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsidir.


Faktla bağlı Qusar Rayon Prokurorluğunda araşdırma aparılır.


 
AdRiver

XƏBƏR LENTİ