Azərbaycanda satışa çıxarılan ən bahalı avtomobillər - 400 min - FOTOLAR

Azərbaycanda satışa çıxarılan ən bahalı avtomobillər - 400 min -  FOTOLAR
350-400 mindən ucuz olmayan maşınların alıcıları az deyil
Azərbaycanda satışa çıxarılan ən bahalı avtomobillərin qiymətləri məlum olub. Elan saytlarında lüks avtomobillər 300-400 min dollara satışa çıxarılıb.  Bahalı avtomobillər arasında "Bentley"nin "Continental" modeli diqqət çəkir. Bu dəbdəbəli maşının mühərriki 560 at gücünə malikdir. 300 min dollara satışa çıxarılan avtomobil texnologiyanın son yenilikləri ilə təchiz edilib.
  

 

 

Digər bir lüks avtomobil "Rolls-Royce"un "Ghost" modelidir. 2013-cü il istehsalı olan lüks maşının mühərriki 563 at gücündədir. Ağ rəngli bu "Rolls-Royce" 375 min dollara müştərilərə təklif olunur.
 

 

"Mercedes"in son modellərindən biri olan "S 65 AMG" də xarici dizaynı ilə göz oxşayır. İstehsal ili 2015 olan bu maşın 385 min dollara satılır. 
 

 

"Mercedes"in "G 63 AMG" modeli də ən bahalı avtomobillər siyahısındadır. Mühərriki 544 at gücünə malik olan "Galenvagen"in qiyməti 385 min dollardır. 
 
 

OXŞAR XƏBƏRLƏR