Cəmİyyət

Azərbaycanda qanunsuz ov edən 35 nəfər saxlanıldı

Azərbaycanda qanunsuz ov edən 35 nəfər saxlanıldı
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları "Ovçuluq haqqında” və "Heyvanlar aləmi haqqında” qanunların tələblərinə riayət olunması vəziyyətinin araşdırılması məqsədi ilə mütəmadi reydlər keçirir.

Bu barədə Sfera.az-a nazirliyin mətbuat xidmətindən məlumat verilib. 

Bildirilib ki, 2018-ci ilin son üç ayı ərzində keçirilən reydlər zamanı ölkədə ərazisində icazəsiz ov edən 35 nəfər saxlanılıb. Onlardan 29 ov tüfəngi, patron və müxtəlif ov alətləri götürülüb.

Təqsirkarlara qarşı protokollar tərtib edilərək ümumilikdə 40441 manat məbləğində cərimə tətbiq olunub.
AdRiver

XƏBƏR LENTİ