Azərbaycanda hotellərdə gecələmə qiyməti artıb

Azərbaycanda hotellərdə gecələmə qiyməti artıb
Bu ilin yanvarında Azərbaycanda istehlak məhsullarının və xidmətlərin qiymətləri 2018-ci ilin eyni ayına nisbətən 1,7 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 0,7 faiz, qeyri-ərzaq mallarının qiymətləri 1,2 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 3,4 faiz artıb.

Trend xəbər veir ki, bu ilin yanvar ayında 2018-ci ilin dekabr ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,2 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 0,9 faiz, qeyri-ərzaq mallarının qiymətləri 0,2 faiz artıb, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 0,8 faiz azalıb.

Ötən ilin dekabr ayı ilə müqayisədə 2019-cu ilin yanvar ayında düyü, un, manna və qarabaşaq yarması, makaron məmulatları, qoyun və mal əti, suda bişmiş kolbasa, balıq məhsulları, süd məhsulları, kərə və bitki yağları, limon, naringi, banan, alma, armud, heyva, nar, kivi, qoz, fındıq, kələm, göyərti, xiyar, pomidor, bibər, badımcan, çuğundur, kartof, soğan, şəkər və şəkər tozu, energetik və spirtli içkilərin qiymətlərində artım, toyuq əti, yumurta, hisə verilmiş, yarım hisə verilmiş kolbasalar, portağal, şabalıd və yerkökünün qiymətlərində isə azalma müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Ay ərzində qeyri-ərzaq mallarından parçalar, geyim və ayaqqabılar, xalça və digər döşəmə örtükləri, mebel və ev əşyaları, minik avtomobilləri və onların ehtiyat hissələri, velosipedlər, paltaryuyan maşınlar, soyuducular, televizorlar, planşet tipli kompüterlər, dəftərxana ləvazimatları, kərpic, nitro və sulu boyaların qiymətlərində artım, kəsilmiş taxta, sementin, yağlı boyalar, mobil telefon və qaz plitələrinin qiymətlərində isə azalma müşahidə olunub. Digər qeyri-ərzaq mallarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Cari ilin yanvar ayında ötən ilin dekabr ayına nisbətən əhaliyə göstərilən ödənişli xidmətlərdən avtomobillərin təmiri, hotel və mehmanxanalar tərəfindən göstərilən gecələmə xidmətlərinin, ölkə daxilində istirahət turlarının qiymətləri artıb, dəmir yolu və hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətləri isə azalıb. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

OXŞAR XƏBƏRLƏR

Bakıda bu küçə 2 gün bağlı olacaq - XƏBƏRDARLIQ

Sabah saat 09:00-dan aprelin 28-i saat 22:00-a qədər Bakının Elşən Süleymanov küçəsində (Bəhruz Nuriyev küçəsindən Cəmşid Naxçıvanski küçəsinə qədər olan hissəd...

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü başladı

Azərbaycan Prezidenti İlham Əliyevin Berlində Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb. Sfera.az xəbər verir ki, b...

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başladı

Berlində Azərbaycan Prezidenti İlham Əliyev və Almaniya Prezidenti Frank Valter-Ştaynmayer arasında təkbətək görüş başlayıb.   Sfera.az xəbər verir k...

Sərhəddə quraşdırılan dirəklərin yeni sayı AÇIQLANDI

şləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında nəzərdə tutulan işlərin təxminən 35 faizi 2024-cü il aprelin 26-dək yerinə yetirilib, 28 sərhəd dirəyi ...

Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şura İclası keçirildi - FOTOLAR

Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş tərkibdə iclası keçirilib. İclasda RİH başçısı yanında Şuranın üzvləri, hüquq-mühafızə orqanlarının...

Bakının bu rayonunda qaz kəsiləcək

Nəsimi rayonunun A.Bakıxanov küçəsi ilə A. Qurbanov küçəsinin kəsişməsində qaz xəttində aşkar olunmuş sızmanın ləğv edilməsi məqsədi ilə 26.04.2024-cü il saat 2...