Azərbaycanda dolların qiyməti artacaqmı? - Proqnoz

Azərbaycanda dolların qiyməti artacaqmı? - Proqnoz
 

Xəbər verdiyimiz kimi, bu gündən Gürcüstanda ABŞ dolları kəskin bahalaşıb. 1 ABŞ dolları 2,9096 lari olub. Bu vaxta qədər olan məzənnə ilə müqayisədə bahalaşma  0,0776 laridir. Avro isə 2.97 laridən 3,2599 lariyə qalxıb. 

Qonşu ölkədə dolların qiymətinin qalxmasının Azərbaycana hansı təsirləri ola bilər? 

Durumu "Yeni Sabah”a şərh edən iqtisadçı Vüqar Bayramov bildirib ki, Gürcüstanda dolların qalxması proqnozlaşdırılan idi. Rusiya-Gürcüstan iqtisadiyyatı ilə bağlı son günlər verilən qərarlar, Rusiya və Gürcüstan arasında gərginlik yarandıqdan sonra larinin dəyər itirəcəyi gözlənilirdi: 

"Nəticə etibarilə yalnız Rusiyadan Gürcüstana gələn turistlərin sayı il ərzində 1.5 milyon nəfərdir. Bu da illik 1 milyard dollara yaxın Rusiyadan turizm gələri deməkdir. 

Eyni zamanda Rusiya Gürcüstan üçün ixrac baxımdan və xüsusilə də natural sularının ixracı baxımdan vacibdir. Nəticə etibarilə, bu gərginlik Gürcüstana iqtisadi gərginlik yaradır və siyasi gərginlik davam etdikcə də bu müşahidə olunacaq. Həmçinin idarəetmədəki çətinliklər də birbaşa milli valyutaya təzyiqi artırır, milli valyutanın müflisləşməsinə gətirib çıxarır”.

Bu prosesin Azərbaycana təsirinə gəldikdə isə V. Bayramov bildirib ki, Gürcüstan Azərbaycan üçün vacib olan ölkədir: "Baxmayaraq ki, Azərbaycanın Gürcüstanla iqtisadi dövriyyəsi elə də böyük deyil, təxminən yarım milyard dollar ətrafında dəyişir. Azərbaycan enerji məhsullarının Gürcüstana ixracatı üzərindən qurub dövriyyəni. 

Amma Gürcüstanda baş verən böhranın Azərbaycan iqtisadiyyatına həm də psixoloji təsiri olacaqr. Çünki nəticə etibari ilə Gürcüstandan Azərbaycana gələn turistlərin sayına baxsaq, Gürcüstan ilk 3- yə, əksər hallarda isə ilk 2-yə daxil olan ölkədir.

Manata təsirinə gəldikdə isə, Gürcüstan Azərbaycana qeyri-neft ixracatında aparıcı ölkə deyil. Azərbaycana qeyri-neft sektorunda əsas tərəfdaş Rusiya və Türkiyədir. Rusiya və Türkiyə milli valyutalarının vəziyyətinin dəyişməsi manata daha çox təsir göstərir, qeyri-neft sektorundakı ticarət payına görə nəinki digər ölkələr. Xüsusilə neftin qiyməti aparıcı factor olaraq qalmaqdadır.

Qonşu ölkələrdə valyutalar ilə bağlı vəziyyət manata psixoloji təsir göstərmədən keçmir. Son günlərdə baxmayaraq ki, rəsmi statistikada son 5 ayda dollar satışı azalıb, amma bu yaxınlarda dolların alış kursunun da cüzi olaraq artığını müşahidə edirik. Bankalr da artıq dolların alış kursunda artım müşahidə edilir, 1.7005 kursu ilə alış həyata keçirilir. Bu çox cüzi olsa da, dolların alış kursunun artmasından xəbər verir. Amma məzənnə ilə bağlı qərar yenə Mərkəzi Bankdan asılı olacaq”.


OXŞAR XƏBƏRLƏR

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü başladı

Azərbaycan Prezidenti İlham Əliyevin Berlində Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb. Sfera.az xəbər verir ki, b...

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başladı

Berlində Azərbaycan Prezidenti İlham Əliyev və Almaniya Prezidenti Frank Valter-Ştaynmayer arasında təkbətək görüş başlayıb.   Sfera.az xəbər verir k...

Sərhəddə quraşdırılan dirəklərin yeni sayı AÇIQLANDI

şləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında nəzərdə tutulan işlərin təxminən 35 faizi 2024-cü il aprelin 26-dək yerinə yetirilib, 28 sərhəd dirəyi ...

Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şura İclası keçirildi - FOTOLAR

Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş tərkibdə iclası keçirilib. İclasda RİH başçısı yanında Şuranın üzvləri, hüquq-mühafızə orqanlarının...

Bakının bu rayonunda qaz kəsiləcək

Nəsimi rayonunun A.Bakıxanov küçəsi ilə A. Qurbanov küçəsinin kəsişməsində qaz xəttində aşkar olunmuş sızmanın ləğv edilməsi məqsədi ilə 26.04.2024-cü il saat 2...

"Liverpul" bu futbolçunu almaq istəyir - Məbləğ AÇIQLANDI

  "Liverpul" "Ayntraxt"ın müdafiəçisi Uilyam Paçonu almaq istəyir.   Sfera.az bildirir ki, alman klubu futbolçunun trans...