Hadİsə

Azərbaycanda dəhşətli hadisədə vəfat edən ər-arvadın FOTOSU

Azərbaycanda dəhşətli hadisədə vəfat edən ər-arvadın FOTOSU
 Dünən Neftçala rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində 4 nəfərin vəfat etməsi barədə məlumat vermişdik.

Sfera.az publika.az-a istinadla xəbər verir ki, Neftçala-Xolqarabucaq yolunda "Mercedes" və "Lexus" markalı minik maşınlarının qarşı-qarşıya toqquşması nəticəsində hadisə yerində vəfat edən "Lexus"un sürücüsü Xanlar Xankişiyevlə həyat yoldaşı Mərviyyə Xankişiyevanın fotosunu təqdim edir.
 
 
Qeyd edək ki, hadisə nəticəsində "Lexus"un sürücüsü Xanlar Ayaz oğlu Xankişiyev və onun 1962-ci ildə anadan olmuş həyat yoldaşı Mərviyyə Qurban qızı Xankişiyeva, "Mercedes"in sürücüsü, Neftçala rayonunun Xolqarabucaq kənd sakini Habil Əbülfət oğlu Həşimovun bacısı qızı, 2017-ci ildə anadan olmuş Humay Elçin qızı Ələkbərova hadisə yerində dünyalarını dəyişib.

"Mercedes"in sürücüsü, 35 yaşlı Habil Əbülfət oğlu Həşimov isə xəstəxanada dünyasını dəyişib.

XƏBƏR LENTİ

«    Sentyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30