“Azərbaycanda da eyvanda siqaret çəkmək qadağan edilsin” – Millət vəkili Rusiya təcrübəsini alqışlayır

“Azərbaycanda da eyvanda siqaret çəkmək qadağan edilsin” – Millət vəkili Rusiya təcrübəsini alqışlayır


"Rusiyada qüvvəyə minən qadağanın Azərbaycanda da tətbiqinə nail olmaq üçün cəza mexanizmi olmalıdır. Həm də bu cəzalar ağır olmalıdır ki, insanlar həmin zərərli davranışları tərgitsinlər. Ölkəmizdə də qonşu ölkədə olduğu kimi, mənzillərin eyvanlarında kabab bişirməyi, siqaret yandırmağı qadağan etmək mümkündür və bu lazımdır. Amma bundan öncə maarifləndirmə işlərinin aparılması vacibdir”.

 

Sfera.az-a açıqlamasında bu sözləri millət vəkili Araz Əlizadə Rusiyanın yanğından mühafizə rejiminə dəyişiklikləri təsdiqləməsindən sonra mənzilllərin eyvanında açıq oddan istifadə etmək, kabab bişirmək, şam və siqaret yandırmaq qadağasının ölkəmizdə də tətbiqinə münasibət bildirərkən deyib.

 

Millət vəkili hesab edir ki, Rusiyanın bu təcrübəsi ölkəmizdə də tətbiq edilməlidir. Amma o Azərbaycan insanının belə bir qadağaya riayyət edəcəyinə inanmır:

"Qapalı məkanlarda tütündən istifadə əleyhinə qanun qəbul edildi, ictimai yerlərdə siqaret çəkməyə qadağa qoyuldu. Amma bütün kafelərdə, qapalı məkanlarda yenə də siqaret, qəlyan çəkməkdə davam edirlər. Məktəblərin yanında siqaret satırlar. Yəni, sözümün canı odur ki, qanun qəbul edəndə onun mexanizmini də hazırlamaq lazımdır”.


Deputat təcrübəyə əsaslanaraq hesab edir ki, cəza mexanizmləri olmadan belə qanunların qəbulu heç bir real nəticə verməyəcək.

 

Elçin

sfera.az


OXŞAR XƏBƏRLƏR

Azərbaycan və Yaponiya arasında turizm əlaqələri MÜZAKİRƏ OLUNDU

Azərbaycan və Yaponiya arasında turizm əlaqələrinin inkişaf etdirilməsi və əməkdaşlıq imkanları müzakirə olunub.   Sfera.az Dövlət Turizm Agentliyinə...

Nəcibə Mustafayeva: “Beynəlxalq ictimaiyyət Ermənistanı Metsamor AES-i bağlamağa məcbur etməlidir” - VİDEO

“Ermənistanın Metsamor atom elektrik stansiyası (AES) bütün region üçün təhlükə yaradır”.   Sfera.az xəbər verir ki, bunu Heydər Əliyev A...

"Ukrayna ilə danışıqlara başlasaq da, döyüşləri dayandırmayacağıq" - Lavrov

“Ukrayna ilə yeni danışıqlar başlasa da, Rusiya döyüşlərdə fasilə elan etməyəcək”.   Sfera.az “TASS”a istinadən xəbər verir k...

Qazaxın 4 kəndinin Azərbaycana geri qaytarılması barədə razılıq ƏLDƏ EDİLDİ

2024-cü il aprelin 19-da Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin v...

Daxili İşlər Nazirliyində kollegiya iclası KEÇİRİLDİ - FOTO

Daxili İşlər Nazirliyində informasiya texnologiyalarından istifadə etməklə törədilən cinayətlərlə mübarizədə, cinayət xarakterli müraciətlərə baxılması, cinayət...

Hüseyn Əmir Abdullahiyan ilə telefon danışığı APARDI

Türkiyə xarici işlər naziri Hakan Fidan bu gün İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan ilə telefon danışığı aparıb.   Sfera.az-ın ve...