Azərbaycanda böyük təhlükə! \"WhatsApp\"da əhaliyə səs göndərilir - \"Mərdəkanda qapını açana QİÇS yoluxdururlar\"!!!\"

Azərbaycanda böyük təhlükə! \

 

Son günlər Mərdəkan qəsəbəsində səyyar həkimlərin evlərə gələrək şəkər yoxlanışı adı ilə QİÇS xəstəliyi yayması barədə məlumatlar yayılıb.

Səhiyyə Nazirliyindən Sonxeber.az-a verilən məlumata görə, belə bir məlumat sözügedən qurumda da var.

Nazirliyin mətbuat xidmətinin əməkdaşı Səfayə Məmmədovanın sözlərinə görə, qəsəbə əhalisindən bu faktla bağlı konkret müraciət daxil olmayıb.

"Biz bunu eşitmişik. Kiməsə "WhatsApp"a gəlib. Konkret müraciət olmasa da ümumiyyətlə tanımadıqları admalara niyə qapı açırlar ki? Biraz diqqətli olsunlar"- deyə nazirliyin əməkdaşı vurğulayıb.

Mövzunu davam etdirəcəyik.

 

Sfera.az

 


OXŞAR XƏBƏRLƏR