Azərbaycanda bu ailələrə şad xəbər

Azərbaycanda bu ailələrə şad xəbər
 
2020-ci ildə Azərbaycan hökuməti tərəfindən sosial tədbirlər daha da gücləndiriləcək. 

Sfera.az "oxu.az"a istinadən xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədovun "Azərbaycan Respublikası Prezidentinin sədrliyi ilə keçirilən 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədən irəli gələn tapşırıqların icrasının təmin edilməsi üzrə Tədbirlər Planı”nın təsdiqlənməsi barədə sərəncamında bildirilib. 

2020-ci ilin mayınadək kölgə iqtisadiyyatının aradan qaldırılması üzrə mübarizənin gücləndirilməsi barədə təkliflər təqdim olunmalıdır. 

İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Dövlət Gömrük Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi, Dövlət Statistika Komitəsi bunu həyata keçirməlidir. 

Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyası 2020-ci ilin sonunadək qeyri-formal məşğulluğun qarşısının alınması ilə bağlı koordinasiyanın gücləndirilməsi üzrə müvafiq tədbirləri görməlidir. 

Mərkəzi Bank və İqtisadiyyat Nazirliyi 2020-ci ilin sonunadək sığorta fəaliyyəti, o cümlədən, daşınmaz əmlakın icbari sığortası barədə vətəndaşların maarifləndirilməsini həyata keçirməlidir. 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi isə 2020-ci ilin sonunadək şəhid ailələri və Qarabağ əlilləri üçün mənzil təminatının yaxşılaşdırılması istiqamətində işlər görməlidir. 
 


OXŞAR XƏBƏRLƏR

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...

Ramzan Kadırov oğlunun toyuna gələn tanınmış şəxslərin adlarını AÇIQLADI

Çeçenistanın başçısı Ramzan Kadırovun 17 yaşlı oğlu Adamın Qroznıdakı toy mərasiminə İran, BƏƏ, Türkiyə və Qazaxıstanın səfirləri və digər qonaqlar, o cümlədən ...