Azərbaycan internet istifadəçilərinin sayına görə dünya üzrə 36-cı yerdədir

Azərbaycan internet istifadəçilərinin sayına görə dünya üzrə 36-cı yerdədir

 

Azərbaycan bu göstərici üzrə Rusiya, Türkiyə, İran, Qazaxıstan və Ermənistanı geridə qoyub.

Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) "The State of Broadband” adlı yeni hesabatında Azərbaycanın ayrı-ayrı göstəricilər üzrə mövqeyi yüksəlib.

Oxu.Az xəbər verir ki, bu barədə Rabitə və yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata əsasən, ölkəmiz reytinq cədvəlində hər 100 nəfərə düşən  internet istifadəçilərinin sayına görə 63-cü yerdən 36-cı yerə yüksəlib. Hesabata əsasən, ölkədə hər 100 nəfərdən 77-si  internet istifadəçisidir.

Hər 100 nəfərə düşən genişzolaqlı internet istifadəçilərinin sayına görə isə Azərbaycan reytinq cədvəlində 53-cü pillədə qərarlaşıb. Hazırda ölkədə hər 100 nəfərə 19.76  genişzolaqlı internet istifadəçisi düşür.

Azərbaycan bu göstərici üzrə Rusiya, Türkiyə, İran, Qazaxıstan və Ermənistanı geridə qoyub.

Məlumat üçün bildirək ki, sözügedən reytinqdə Monako (hər 100 nəfərə 47.47 istifadəçi) liderdir. Sonrakı yerləri İsveçrə, Lixtenşteyn, Danimarka, Niderland bölüşür.

Bundan başqa,  ölkəmiz mobil genişzolaqlı internet abunəçilərinin sayına görə də mövqeyini yaxşılaşdırıb. Belə ki, Azərbaycan dünya üzrə reytinqdə 60-cı yeri tutub. Müqayisə üçün qeyd edək ki, əvvəlki reytinqdə ölkəmiz hər 100 nəfərə düşən 46.8 abunəçi ilə 68-ci yerdə qərarlaşmışdı.


OXŞAR XƏBƏRLƏR

Kim Kardaşyan süni intellektdən oğurluq etməkdə ittiham olunur - FOTO

Erməni əsilli Kim Kardaşyan özünün geyim markası “SKIMS”in reklamında rol alıb. Pərəstişkarları isə Kardaşyanın videonu yaratmaq üçün süni intellekt...

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

Berkli Kaliforniya Universitetinin iqlimşünasları qarşıdan gələn yayın temperatur və rütubət rekordlarını qıra biləcəyini proqnozlaşdırıblar. Araşdırmanın nətic...

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...