Azərbaycan, Gürcüstan, Türkiyə XİN rəhbərlərinin görüşünün vaxtı açıqlandı

Azərbaycan, Gürcüstan, Türkiyə XİN rəhbərlərinin görüşünün vaxtı açıqlandı
 

Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin Tbilisidəki görüşü oktyabrda baş tutacaq. 

Sfera.az oxu.az-a  xəbər verir ki, bununla bağlı Gürcüstan Xarici İşlər Nazirliyi David Zalkaliani və Elmar Məmmədyarov arasında Nyu-Yorkda baş tutan görüşdən sonra məlumat yayıb. 

 

Xatırladaq ki, nazirlər arasında ilk üçtərəfli görüş 2012-ci ildə Trabzonda keçirilib. Son görüş isə ötən il oktyabrın 29-da İstanbulda baş tutub. 

Bu görüş nazirlər arasında keçiriləcək səkkizinci üçtərəfli görüş olacaq.


OXŞAR XƏBƏRLƏR