Azərbaycan gömrüyündə insident – Boğazını kəsdi

Azərbaycan gömrüyündə insident – Boğazını kəsdi
 

Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunda narkotik vasitələrin ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.

Sfera.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin yaydığı xəbərə görə, Astara sərhəd nəzarət məntəqəsinə daxil olmuş məlumata əsasən Cənub Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları ilə keçirilmiş birgə əməliyyat tədbirləri nəticəsində Azərbaycan vətəndaşı Siyab Bəxtiyar oğlu Qəhrəmanov mayın 8-də piyada yolla İrandan Azərbaycana gələrkən, Astara gömrük postunda pasport qeydiyyat köşkünün yanında sərhəd naryadı tərəfindən saxlanılıb və onunla şifahi sorğu–sual aparılıb. 

Bu zaman vətəndaş sərhəd naryadına müqavimət göstərərək cibindən çıxartdığı küt alətlə sağ və sol qollarına, həmçinin boyun nahiyəsinə xəsarət yetirməyə başlayıb. S.B.Qəhrəmanov sərhəd naryadı tərəfindən zərərsizləşdirilib və yaralarının müayinəsi üçün Astara Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Müayinədən sonra həmin şəxs Astara gömrük postuna gətirilərək üzərində şəxsi yoxlama aparılıb, həmçinin ona məxsus əl yüklərinə gömrük yoxlaması tədbiq edilib. Şəxsi yoxlama zamanı Siyab Bəxtiyar oğlu Qəhrəmanovun üzərində, əyninə geyindiyi qara rəngli şalvarın zəncirbəndinin içəri hissəsində 1 ədəd bükümdə 16 qram metamfetamin, alt paltarının belliyində 1 ədəd bükümdə 2 qram, həmçinin ayağına geyindiyi qara rəngli ayaqqabının sağ və sol taylarının üst hissəsində 9 ədəd bükümdə 12 qram tiryək aşkar edilib.

Astara gömrük postunda digər bir fakt üzrə isə İran vətəndaşından 168 qram psixotrop maddə-metamfetamin aşkarlanıb.

Belə ki, Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi Əməliyyat idarəsinə daxil olan əməliyyat məlumatına əsasən İİR vətəndaşı Rasooli Vizneh Shahnaz Yousefali qızı mayın 8-də piyada yolla İrandan Azərbaycana gələrkən Astara gömrük postunda şifahi sorğu-sual edilərək üzərində şəxsi yoxlama aparılıb. Yoxlama zamanı onun üzərindən qanunla qadağan olunmuş hər hansı predmet aşkar olunmasa da daxili orqanlarının tibbi müayinədən keçirilməsi zərurəti yaranıb.

Astara Rayon Mərkəzi Xəstəxanasında xanım vətəndaşın tibbi müayinəsi zamanı onun daxili bədən boşluqlarından 4 ədəd bağlama aşkar edilib. Ümumilikdə 4 bağlamada qablaşdırmaları ilə birlikdə çəkisi 168 qram olan psixotrop maddə-metamfetamin olduğu müəyyən edilib.

Xatırladaq ki, metamfetamin adlı preparat "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin I Siyahısı"na daxildir.

Hər iki faktla bağlı araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...